İstərdim edam cəzasını alan zaman orada iştirak edəm Orxan Əsgərovun atası
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Mənüm üçün ən vacib oğlumun qatilinin layiqli cəzasını almasıdır, o da cəzasını aldı".
Bu sözləri "Unikal"a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı qətlə yetirilən səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
O, qeyd edib ki, bu günü səbirsizliklə gözləyirdi: "Çox şükürlər olsun ki, qatil öz cəzasını aldı. Özüm şübhəsiz ki, istərdim edam cəzasını alan zaman orada iştirak edim. Əvvəlcə İranın tələbi o idi ki, mütləq valideyn iştirak etsin. Mən də razı idim. Ancaq Azərbaycanda ölüm hökümü yoxdur. Qanunlara görə, Azərbaycan vətəndaşı da gedib başqa ölkədə ölüm hökmündə iştirak edə bilməz. Bizdə də müvafiq dövlət orqanları İrana izah elədilər ki, bizdə qanun budur. Yəni, Azərbaycan vətəndaşı bunu icra edə bilməz. Onlar da bununla razılaşdılar. Şübəsiz ki, biz də vəkilimizə və səfirliyin nümayəndəsinə həvalə elədik. Onlar edamda iştirak edib. Mənim üçün vacib olan oğlumun qatilinin layiqi cəzasını alması idi ki, o da aldı. Buna görə də bir daha ölkə başçısı cənab İlham Əliyevə ailəmiz adından təşəkkür edirik".
Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin qərarı ilə edam cəzası icra edilib.
Tural Əhmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















