Icma.az
close
up
RU
“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Şamaxıda Üzüm və Şərab Festivalı sentyabrın 20-də işini davam etdirib.
Bizim.Media  xəbər verir ki, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif şərab brendləri öz pavilyonları ilə təmsil olunublar. Qonaqlar pavilyonları gəzib, müxtəlif növ üzümçülük və şərabçılıq məhsullarının dadına baxmaq imkanı qazanıblar.
Üzümçülük və şərabçılıq ənənələri ilə tanış olan ziyarətçilər müxtəlif əyləncə və şou proqramlara da qoşulublar.
Festivalda iştirak edən “Luxury Wine” MMC-nin kommersiya direktoru Afət Xudaverdiyeva bildirib ki, istehsalçılar və idxalçıların bu tədbirdə bir araya gəlməsi sevindiricidir. Qarşılıqlı əlaqələrin qurulur, yeni əməkdaşlıqlar yaranır.
 

“Dövlətimiz belə festivalların keçirilməsinə xüsusi dəstək verir. Festival turistlərin də diqqətini cəlb edib. Azərbaycanda bu qədər böyük şərab istehsalçısının bir araya gəlməsi möhtəşəmdir. Bu gözəl tədbirdə bizə göstərilən xüsusi dəstəyi də yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.


“Savalan Aspi Winery” şirkətinin satış direktoru Nizami Əliyev isə qeyd edib ki, bu cür tədbirlər Azərbaycanda istehsal olunan məhsulların nəinki ölkə daxilində, həm də xaricdə tanıdılmasına böyük dəstək olur: “Bu gün burada çox sayda xarici turistin iştirak etdiyini də görürük. Bu da bizim üçün böyük fürsətdir. Belə tədbirlərlə Azərbaycanın dünyada yalnız neft-qaz ölkəsi olmadığını göstərir, digər yerli məhsullarımızı və istehsal sahələrimizi də tanıtmaq imkanımız olur”.
 

Əyləncə dolu gün ərzində qonaqlar “Avroviziya” təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışlarını izləyiblər.


Gün ərzində müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Ziyarətçilər müxtəlif müsabiqə və viktorinalarda iştirak ediblər.
Festivalın balaca qonaqları da yaddan çıxmayıb. Tədbir məkanında uşaq əyləncə zonası, balacalar üçün interaktiv proqram, animatorlar təşkil edilib.
Çoxsaylı iştirakçılar arasında olan İkram Əliyev deyib: “Mən Bakıdan gəlmişəm. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Düşünürəm ki, bu cür tədbirlər iqtisadi əlaqələrin inkişafı üçün yaxşı fürsətdir və iqtisadiyyatın inkişafına öz töhfəsini verə bilər”.
Bakıdan gələn Güllü Azayeva da hər il bu festivalda iştirak etdiyini söyləyib. O, əslən Şamaxıdan olduğunu bildirərək deyib: “Fəxr edirəm ki, mənim Vətənimdə, mənim torpağımda belə festival keçirilir. İllər öncə Şamaxı rayonu üzümçülükdə həmişə birinci yeri tuturdu. Festival çox gözəl təşkil edilib, zövq alırıq. İstərdim ki, bu festival illər boyu davam etsin, biz də burada iştirak edək”.
Xatırladaq ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə keçirilib.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. İki gün ərzində qonaqlar Şamaxının unikal ab-havası, qastronomiya, yaradıcılıq və əyləncənin bir araya gəldiyi yaddaqalan festival təcrübəsi qazanıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri