İstəsək, İranın ifrastrukturunu bir saata məhv edərik Tramp
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
ABŞ İrana daha da ciddi ziyan vurmaq və ölkənin qalan infrastrukturunu "bir saat ərzində" məhv etmək iqtidarındadır.
"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Ağ Evdə İranla müharibəni bitirmək üçün hansı əlavə hərbi əməliyyatların zəruriliyi ilə bağlı suala cavab olaraq Tramp "İndi etdiyimiz kimi" deyib.
O, İranın əhəmiyyətli itkilərinə, o cümlədən donanmasının, hava qüvvələrinin, hava hücumundan müdafiə sistemlərinin və rəhbərliyinin əhəmiyyətli bir hissəsinin məhv edilməsinə işarə edib.
"Bəzi şeyləri toxunulmaz saxlayırıq, amma istəsək, bu günortadan sonra - əsasən bir saat ərzində - məhv edə bilərik. Onlar sözün əsl mənasında heç vaxt bu ölkəni bərpa edə bilməyəcəklər", - deyə Tramp bildirib.
Daha sonra prezident hərbi əməliyyatın miqyasını təkrarlayaraq əlavə zərbələrə işarə edib:"Biz onlara tarixdəki hər hansı bir ölkədən daha çox zərbə vurduq və hələ də bunu bitirməmişik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 11 Mart 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















