“İstəyirəm daha çox kubok qaldırım” “Neftçi”nin kapitanı
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasının 6-cı turu "Neftçi" üçün əlamətdar olacaq. "Ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Peşəkar Futbol Liqasının hazırladığı xüsusi süjetdə “Neftçi”nin kapitanı Emin Mahmudov klubun yubiley oyunu və komanda ilə bağlı fikirlərini bölüşüb.
"Doğrudan da, Neftçi Azərbaycanın flaqmanıdır. Açığı, Azərbaycan çempionatında ilk oyunlarımda həyəcanlı idim. Çünki məndən gözlənti az deyildi. Rusiyadan gəlmişəm, Portuqaliyada oynamışam. İstər-istəməz hamı səndən nəsə gözləyir və istəyir ki, özünü göstərəsən.
Əlbəttə, "Neftçi"də oynadığım üçün qürur duyuram. Bu, asan məsələ deyil. Burada hər zaman nəticə tələb olunur. Maksimumunu göstərməlisən. Mənim məqsədlərim isə bununla bitmir. İstəyirəm daha çox kubok qaldırım, daha yaxşı nəticələr əldə edim.
Yaxşı nəticələr göstərəndə kapitan olmaq rahatdır. Hamı səni tərifləyir, kapitan olmaq gözəl görünür. Amma nəticələr yaxşı olmayanda bu məsuliyyət daha da ağırlaşır. Çoxlu söhbətlər olur, mətbuatla, futbolçularla, rəhbərliklə danışmalı olursan. Problemləri birlikdə həll etməyə çalışırsan. Bəzən bu, həqiqətən də çox yorucu olur. Amma kapitan olmaq böyük məsuliyyətdir və bunun fərqindəyəm.
"Neftçi"nin 90 illiyində çempion olmasını istəyərdim. Bütün azarkeşlərimizi, bizi dəstəkləyən hər kəsi sevindirək. İstəyərdim "Neftçi" Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində çıxış etsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 16 Sentyabr 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















