Icma.az
close
up
RU
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qəribə görünsə də, elmi cəhətdən tamamilə işə yarayır.

Milli.Az xəbər verir ki, avtomobili kölgəyə qoya bilməyən hər bir sürücü qapını açan kimi üzünə vuran o boğucu istidən xəbərdardır. Əksəriyyət ya bütün qapıları açaraq gözləməyi, ya da kondisioneri ən yüksək rejimə qoymağı seçir. Lakin fizika qanunlarına əsaslanan bu üsul çox daha sürətlidir.

Avtomobilin sağ arxa şüşəsini (çəp şüşə) tamamilə aşağı endirin.

Avtomobildən kənara çıxın və sürücü qapısını tutun.

Sürücü qapısını sürətli və güclü bir şəkildə ard-arda açın və bağlayın.

İsti havanı xaricə vuran gizli güc: "Mənfi Təzyiq"
Professor Fray bu üsulun arxasındakı elmi izah edir: "Sürücü qapısını sürətlə açmaq və bağlamaq, avtomobilin içində mənfi təzyiq yaradır. Bu hərəkət fiziki olaraq 'kütlə axını' (mass flow) hadisəsini tətikləyir. Qapının yaratdığı emiş gücü, içəridəki bütün isti havanı sanki bir vakum kimi çölə sorur. Eyni anda, qarşı tərəfdə açıq saxladığınız arxa şüşədən içəri sürətlə təzə və nisbətən daha sərin hava dolur."

Keçirilən müstəqil sınaqlar bu üsulun effektiv olduğunu təsdiqləyir. Lakin nəzərə almaq lazımdır ki:

Bu üsul xarici havanın içəridəki havadan daha sərin olduğu bahar aylarında mükəmməl işləyir. Yayda isə çöldəki hava da çox isti olduğu üçün kondisioneri tam əvəz etməsə də, ilkin boğucu istiliyi dərhal qovur.

Qapı qolunu və petlələri davamlı olaraq çox sərt çəkmək uzun müddətdə avtomobilin qapı mexanizminə zərər verə bilər.

Avtomobilin yanında dayanıb tək bir qapını dəli kimi aç-bağ etmək kənardan çox qəribə görünə bilər və qonşularınızı narahat edə bilər.

Əgər insanların sizə qəribə baxmasından çəkinirsinizsə və ya tələsmirsinizsə, ənənəvi üsul hələ də ən etibarlıdır: Minən kimi bütün şüşələri tam aşağı endirin və yola çıxın; hərəkət zamanı yaranan təbii külək isti havanı sürətlə çıxaracaq və kondisioner içərini ideal temperatura gətirəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 İyun 2026 04:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri