Icma.az
close
up
RU
İsti hava Belçikada 2 mindən çox can aldı

İsti hava Belçikada 2 mindən çox can aldı

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Belçikada 18 iyun–1 iyul tarixləri arasında müşahidə olunan güclü isti hava dalğası nəticəsində ölüm hallarında kəskin artım qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Belçika İctimai Səhiyyə İnstitutunun (Sciensano) məlumatına əsasən, qeyd olunan dövrdə ölüm sayı normal göstərici ilə müqayisədə 1 747 nəfər artıb. Bununla da isti hava dalğası zamanı ölənlərin ümumi sayı 2 mini keçib.

Sciensano bildirib ki, bu göstərici 2000-ci ildən bəri ölkədə isti hava dalğası ilə əlaqədar qeydə alınan ən yüksək ölüm artımıdır.

Regionlar üzrə ən yüksək artım Valloniyada qeydə alınıb və ölüm halları 76 faiz yüksəlib. Bu göstərici Brüssel paytaxt bölgəsində 60,9 faiz, Flamand bölgəsində isə 31,4 faiz təşkil edib.

İsti hava dalğasının ən ağır günü 27 iyun olub. Həmin gün ölüm göstəricisi normal dövrlə müqayisədə 146,5 faiz artaraq 641 nəfərə çatıb.

İnstitutun məlumatına görə, isti hava 65 yaşdan aşağı əhali arasında da ciddi təsir göstərib. Bu yaş qrupunda ölüm halları normal göstəricidən 61,3 faiz çox olub ki, bu da əlavə 280 ölüm faktı deməkdir.

Sciensano bu isti hava dalğasını həm ölüm nisbəti, həm də insan itkisi baxımından 2000-ci ildən bəri qeydə alınan ən şiddətli və "müstəsna" hadisə kimi qiymətləndirib.

Qeyd olunub ki, ölüm sayının kəskin artmasına isti hava dalğasının uzunmüddətli olması, yüksək temperaturun günlərlə davam etməsi və atmosferdə ozon səviyyəsinin yüksəlməsi səbəb olub.

Əfsanə
"Cebheinfo az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri