Icma.az
close
up
RU
İsti hava insanları daha əsəbi və aqressiv edir Həkimdən xəbərdarlıq

İsti hava insanları daha əsəbi və aqressiv edir Həkimdən xəbərdarlıq

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzunmüddətli və ya intensiv isti hava şəraiti insanların emosional vəziyyətinə ciddi təsir göstərir.

Ölkə.az xəbər verir ki, bu barədə psixoterapevt Yuliya Romanenko gazeta.ru-ya danışıb.

Həkim bildirib ki, yüksək temperatur bəzi insanlarda narahatlıq, aqressiya və qıcıqlanma doğurur, bu da ətrafdakılarla münasibətlərə mənfi təsir göstərə bilər. Romanenkonun sözlərinə görə, insanın fizioloji vəziyyəti ilə emosional durumu daim paralel şəkildə fəaliyyət göstərir: "Birində dəyişiklik baş verərsə, digərində mütləq cavab reaksiyası yaranır".
Araşdırmalar sübut edir ki, uzunmüddətli isti hava zamanı qanda adrenalin və kortizol səviyyəsi yüksəlir. Bu isə ürək döyüntülərinin artması, qan təzyiqinin qalxması və nəfəsalma tezliyinin yüksəlməsi ilə müşayiət olunur - yəni, təhlükə vəziyyətindəki kimi fizioloji reaksiya yaranır. Nəticədə isə insan özünü narahat hiss edir, tez-tez qəzəblənir.

Yüksək temperatur orqanizmdə ümumi gərginlik yaradır və bu zaman bütün emosiyalar - sevinc, qorxu, əsəb - daha intensiv şəkildə özünü büruzə verir. Əgər insan onları şüurlu şəkildə idarə etmirsə, emosional partlayış ehtimalı yüksəlir.

"Beyində bu cür emosiyaları cilovlayan sahə - prefrontal korteks - isti hava fonunda aktivliyini azaldır. Bu isə kiçik bir narahatlığın belə mübahisəyə səbəb olmasını asanlaşdırır", deyə psixoterapevt əlavə edib.

Bədəndəki gərginlik yalnız emosional deyil, zehni fəaliyyətə də təsir edir:

* Yorğunluq tez yaranır
* Yaddaş və diqqət zəifləyir
* İnsan emosiyalarının nəticələrini dəyərləndirməkdə çətinlik çəkir

Bu vəziyyətdə insanlar çox vaxt düşünmədən impulsiv hərəkətlərə yol verirlər və nəticədə kiçik anlaşılmazlıqlar ciddi mübahisələrə çevrilə bilər.

Həkim izah edir ki, istinin özü belə artıq qıcıq yaradır və insanda vəziyyətdən qaçmaq istəyi formalaşdırır. Bu səbəbdən neytral hadisələr belə insan tərəfindən mənfi, hətta düşməncəsinə qəbul oluna bilər. Romanenko bildirir ki, bu mexanizmləri anlamaq və vəziyyətə yanaşmanı dəyişmək insanın həm psixoloji, həm də fizioloji vəziyyətini yaxşılaşdıra bilər:

"İstiyə münasibətimizi dəyişərək, bu havada özümüz üçün müsbət cəhətlər tapmağa çalışaraq, özümüzə rahat şərait yarada bilərik. Hətta bu hava bəhanəsi ilə qısa istirahət də təşkil etmək olar. Beləliklə, bədən stres hormonları deyil, rahatlıq və zövq hormonları istehsal etməyə başlayacaq".(qaynarinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Avqust 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri