Icma.az
close
up
RU
İsti havada hansı məhsulları yemək lazımdır? Diyetoloqdan məsləhət

İsti havada hansı məhsulları yemək lazımdır? Diyetoloqdan məsləhət

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bürkülü və rütubətli hava maye qəbulunun artmasına səbəb olur, lakin çay, qəhvə və alkoqol (spirtli içkilər), əksinə, orqanizmdə maye itkisinə səbəb olur. Buna görə də onları su, şəkərsiz meyvə içkiləri və kompotlarla əvəz etmək daha yaxşıdır".

Bu barədə rusiyalı həkim-endokrinoloq və diyetoloq Oksana Qreçinskaya TASS-a müsahibəsində danışıb.

"Rütubətli və isti havada, bir qayda olaraq, iştah azalır və şirin içkilərə və dondurmaya istək yaranır. Bununla da qidalanmada sadə karbohidratların nisbəti artır, protein nisbəti isə azalır və bu da qida maddələri balansının pozulmasına gətirib çıxarır. Maye ehtiyacı artır. İçməli su, mineral sular, şəkərsiz meyvə içkiləri və kompotlar faydalı xüsusiyyətlərə malikdir. Çay, qəhvə və alkoqollu içkilər sidikqovucu təsir göstərir ki, bu da daha çox maye itkisinə səbəb olur, ürək-damar sisteminə yükü artırır. Şirin və turş içkilər susuzluğu yatırmır, əksinə artırır", - deyə Oksana Qreçinskaya bildirib.

Mütəxəssis, həmçinin asanlıqla həzm olunan balıq və ya yağsız ət yeməklərinə, soyuq şorbalara, süd məhsullarına, tərəvəzlərə və meyvələrə üstünlük verməyi tövsiyə edib. Belə qidalanma, bir qayda olaraq, mədə-bağırsaq traktında ağırlıq yaratmır. Su balansını bərpa etmək üçün isə qəlyanaltı kimi sulu tərəvəzlər (pomidor, xiyar) və meyvələr (qarpız, qovun) faydalıdır.

"İsti havada həmişə yanınızda su gəzdirmək və tez-tez kiçik porsiyalarla içmək lazımdır. İştah azaldığı təqdirdə ac olduğunuz zaman kiçik porsiyalarla yeyin və axşam həddindən artıq yeməməyə diqqət edin. Həmçinin unutmayın ki, ətraf mühitdə temperatur yüksək olduqda qida daha tez xarab olur, qida infeksiyası riski artır. Qidanın təzə olduğundan və düzgün saxlanılma şərtlərindən əmin olun", - deyə ekspert əlavə edib./Oxu.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Avqust 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri