Icma.az
close
up
RU
İsti havada niyə daha tez əsəbləşirik? PSİXOLOQ DANIŞIR

İsti havada niyə daha tez əsəbləşirik? PSİXOLOQ DANIŞIR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsti yay günlərində havanın temperaturunun yüksəlməsi təkcə fiziki deyil, insanların psixoloji vəziyyətinə də təsir göstərə bilər. Havaların istiləşməsindən sonra sosial şəbəkələrdə, ictimai nəqliyyatda və digər ictimai məkanlarda aqressiv davranışları müşahidə edilir.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur bəzi insanlarda gərginlik, əsəbilik və səbirsizlik hissini gücləndirə bilər.

Bəs isti hava insanın davranışına necə təsir edir? Həqiqətənmi yay aylarında aqressiya artır, yoxsa bunun arxasında başqa psixoloji və sosial amillər dayanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib ki, yüksək temperaturun insanların emosional vəziyyətinə və davranışına müəyyən təsiri olduğu uzun illərdir psixologiya və davranış elmlərində araşdırılır:

“Elmi tədqiqatlar göstərir ki, havanın həddindən artıq isti olması bəzi insanlarda əsəbilik, səbirsizlik və aqressiv reaksiyaların yaranma ehtimalını artıra bilər. Ancaq bunu “isti insanı aqressiv edir” kimi sadələşdirmək düzgün olmaz. Aqressiv davranışın yaranmasında bioloji, psixoloji və sosial amillər eyni vaxtda iştirak edir”.

Psixoloq qeyd edib ki, isti hava ilk növbədə orqanizmdə fizioloji gərginlik yaradır:

“Bədən temperaturunu tənzimləmək üçün daha çox enerji sərf olunur, tərləmə artır, maye itkisi baş verir. Əgər insan kifayət qədər su qəbul etmirsə və uzun müddət yüksək temperaturun təsiri altında qalırsa, yorğunluq, diqqətin azalması və emosional gərginlik meydana çıxa bilər. Bu vəziyyət insanların gündəlik stresə qarşı dözümlülüyünü azaldır və emosional reaksiyaların daha kəskin ifadə olunmasına səbəb ola bilər”.

Müsahibimiz əlavə edib ki, psixoloji baxımdan isə isti hava narahatlıq hissini artırır:

“İnsan özünü fiziki cəhətdən rahat hiss etmədikdə, xırda problemlərə belə daha həssas yanaşmağa başlayır. Normal şəraitdə sakit qarşılanacaq bir hadisə isti və diskomfort şəraitində daha güclü emosional reaksiya doğura bilər. Bu, aqressiyanın səbəbi deyil, onun ifadə olunmasını asanlaşdıran şəraitdir”.

Dediyinə görə, sosial faktorlar da burada mühüm rol oynayır. Belə ki, yay aylarında insanlar daha çox açıq məkanlarda olur, ictimai nəqliyyatdan, küçələrdən və xidmət sahələrindən daha intensiv istifadə edilir. Sıxlıq, uzun növbələr, tıxaclar, səs-küy və gündəlik stress mənbələri artır. Əgər bunlara yüksək temperatur da əlavə olunursa, münaqişə ehtimalı yüksələ bilər. Yəni burada təkcə istilik deyil, eyni zamanda ətraf mühit şəraiti də təsir göstərir.

Elnur Rüstəmov: Normal şəraitdə sakit qarşılanacaq bir hadisə isti və diskomfort şəraitində daha güclü emosional reaksiya doğura bilər

Elnur Rüstəmovun sözlərinə görə, hər insan yüksək temperatura eyni şəkildə reaksiya vermir:

“Emosional özünənəzarəti yüksək olan, stresi idarəetmə bacarıqları inkişaf etmiş və psixoloji dayanıqlılığı güclü şəxslər isti havanın təsirini daha rahat kompensasiya edə bilirlər”.

Digər tərəfdən, xroniki stress yaşayan, yuxusuzluqdan əziyyət çəkən və ya psixoloji gərginliyi yüksək olan insanlarda isti havanın təsiri daha nəzərəçarpan ola bilər. Bəzi beynəlxalq araşdırmalar göstərir ki, temperaturun yüksəldiyi dövrlərdə zorakılıq və aqressiv davranışlarla bağlı hadisələrin sayında müəyyən artım müşahidə oluna bilir:

“Lakin bu nəticələr bütün ölkələr və bütün insanlar üçün eyni deyil. Buna görə də istiliyi aqressiyanın yeganə səbəbi kimi təqdim etmək elmi baxımdan doğru yanaşma hesab edilmir”.

Həmsöhbətimiz vurğuıayıb ki, yay aylarında emosional tarazlığı qorumaq üçün kifayət qədər su qəbul etmək, uzun müddət günəş altında qalmamaq, yuxu rejimini pozmamaq, imkan daxilində sərin mühitdə istirahət etmək və gündəlik stressi azaltmağa çalışmaq faydalıdır:

“Ən vacib məqam isə odur ki, insan öz emosiyalarını tanımağı və onları sağlam şəkildə idarə etməyi öyrənsin”.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 İyul 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri