İsti qatar, bağlı pəncərə, huşunu itirən sərnişin:Metroda narazılıq
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xüsusilə də son günlər havaların çox isti keçməsi ictimai nəqliyyatda normal temperaturun təminini tələb edir. Belə ki, həm avtobuslarda, həm də metro qatarlarında kondisionerlədən istifadə mütləqdir.
Ancaq bu, heç də bütün nəqliyyat növlərində təmin edilmir. Bir sərnişin tərəfindən “Cebheinfo.az”-ın redaksiyasına daxil olan şikayətdə bu gün metroda problemlə üzləşdiyini bildirib. Səhər saatlarında metrodan istifadə zamanı hadisənin şahidi olan vətəndaş bildirib ki, qatarın içində kondisioner söndürülmüş vəziyyətdə olub. Pəncərələri isə vətəndaşlar aça bilməyiblər.
Qatarın içərisində yüksək tempetur səbəbindən bəzi vətəndaşlar səhhəti ilə bağlı problemlər yaşayıblar. Nəhayət, çox çətinliklə də olsa, qatardakl gənclər pəncərəni açmağa müvəffəq olublar. Ancaq qatarda yaranmış yüksək temperatur və havasızlıqdan bir sərnişin huşunu itirib.
Qatar dayandıqdan sonra sərnişinlərdən biri maşinistə yaxınlaşaraq öz etirazını bildirib. Maşinist isə kondisioneri işə sala bilməyib. Pəncərə isə yenidən bağlanıb. Temperaturun daha da artdığı bir şəraitdə metro qatarlarında kondisionerin işləməməsi və pəncərənin bağlı olması təəccüb doğurur.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 10 Avqust 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















