İstidə su səpilməsinə Bakıda ehtiyac yoxdur? Ekspert
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çin və Cənubi Koreyanın bəzi şəhərlərində yay aylarında yüksək temperaturun təsirini azaltmaq üçün yolların, binaların və metroların üzərinə avtomatik su püskürtmə sistemləri, süni yağışlar quraşdırılıb. Mütəmadi olaraq işləyən bu sistemlər asfaltın və binaların səth temperaturunu aşağı salmaqla yanaşı, toz hissəciklərinin də azalmasına kömək edir.
Sözügedən mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Axar.az-a açıqlamasında bildirib ki, Cənubi Koreya və Çin yüksək texnologiyalara malik ölkələrdir və ekstremal isti hava şəraitində müxtəlif innovativ sistemlərdən istifadə edə bilərlər.
“Lakin Azərbaycanda bu cür üsulların tətbiqinə ehtiyac yoxdur. Çünki ölkəmizdə su ehtiyatları ilə bağlı müəyyən problemlər mövcuddur və isti havalarda genişmiqyaslı su istifadəsi əlavə yük yarada bilər. Digər tərəfdən, Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşdiyindən yay aylarında müşahidə olunan istilər adətən ekstremal səviyyəyə çatmır.
Hazırda və yaxın günlər üçün də 40 dərəcədən yuxarı temperatur proqnozlaşdırılmır. Buna görə də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə insanları sərinlətmək məqsədilə bu tip sistemlərin tətbiqi zəruri hesab edilmir. Əksinə, mövcud hava şəraiti insanların dəniz sahilində və açıq havada istirahət etməsi üçün əlverişlidir”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 20 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















