Icma.az
close
up
RU
İstifadə edilmədikdə fləşka xarab ola bilərmi: məlumatlar silinərmi?

İstifadə edilmədikdə fləşka xarab ola bilərmi: məlumatlar silinərmi?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə belə insanlar fləşkalardan, yəni USB-daşıyıcılardan istifadə etməyə davam edirlər. Bu kiçik yaddaş qurğuları hələ də lazım olur, lakin hər zaman tez-tez istifadə edilmir. Buna görə də bəzən fləşka illərlə masa çəkməcəsində istifadəsiz qala bilir. 

Elektrik enerjisi olmadan fləşkada məlumatlar nə qədər saxlanılır

Lent.az xəbər verir ki, hesab olunur ki, USB-daşıyıcıdan illərlə istifadə edilməsə belə, o, öz-özünə sıradan çıxmır. Lakin yaddaş hüceyrələrində yükün sızması və ya onların deqradasiyası baş verərsə, daşıyıcıdakı məlumatlar silinə və ya zədələnə bilər. Fiziki nasazlıqlar adətən uzun müddət istifadə olunmamaqla deyil, konnektorun və ya kontrollerin aşınması ilə bağlı olur. Keyfiyyətli fləşkalar məlumatları onilliklər ərzində saxlaya bilər, ucuz qurğular isə bir neçə ay ərzində sıradan çıxa bilər.

Reddit istifadəçiləri fləşkadan uzun müddət istifadə edilmədikdə nə baş verdiyini və onunla hər hansı problemin yarana bilib-bilməyəcəyini müzakirə ediblər. İstifadəçilərdən biri bildirib ki, qurğudakı yaddaş elektrik yükü hesabına işləyir. Zamanla bu yük azalır və məlumatların neçə il problemsiz saxlanılacağı yaddaşın növündən, fləşkanın yaşından və tipindən asılıdır. Məlumatların itməsi və fləşkanın sıradan çıxması riskini azaltmaq üçün faylları daşıyıcıya mütəmadi olaraq yenidən yazmaq tövsiyə olunur təxminən 1-2 ayda bir. Müzakirənin bir çox iştirakçısı isə illərlə istifadə olunmamış köhnə fləşkaları kompüterə qoşaraq içindəki məlumatlara baxdıqlarını və cihazların 5, 10, hətta 15 ildən sonra belə işlək vəziyyətdə olduğunu bildiriblər. Bununla belə, istifadəçilər fləşkanı vacib məlumatlar üçün yeganə daşıyıcı kimi qəbul etməyi tövsiyə etmirlər. Əhəmiyyətli məlumatlar mütləq şəkildə bulud yaddaşlarında və ya digər yaddaş kartlarında da saxlanılmalıdır, çünki hər zaman fləşkanın işləməməsi riski mövcuddur. Vacib məlumatların itirilməməsi üçün USB-daşıyıcını vaxtaşırı kompüterə və ya noutbuka qoşmaq, faylları yoxlamaq və fləşkanın enerji yükünü “yeniləmək” tövsiyə olunur.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri