İstifadə olunmayan bank kartını bağlamamaq hansı risklər yaradır?
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Bir çox insan yeni bank kartı aldıqdan sonra köhnə kartını sadəcə istifadə etmir və hesab edir ki, bu kifayətdir. Maliyyə mütəxəssisləri isə xəbərdarlıq edirlər ki, istifadəsiz qalan kartların rəsmi qaydada bağlanmaması sonradan gözlənilməz problemlərə səbəb ola bilər.
Azpost.info xəbər verir ki, bəzi banklarda kartdan istifadə edilməsə belə, hesaba xidmət haqqı və ya digər ödənişlər tətbiq oluna bilər. Nəticədə hesabda mənfi balans yarana və müştəri bunu uzun müddət hiss etməyə bilər.
İqtisadçı Elnur Quliyev bildirir ki, bank kartı artıq istifadə olunmursa, ilk növbədə həmin kartın bağlı olduğu hesabın statusu dəqiqləşdirilməlidir. Bəzi hallarda yalnız kart ləğv edilir, lakin bank hesabı aktiv qalır.
Ekspertin sözlərinə görə, vətəndaşlar mobil tətbiq və ya bank filialı vasitəsilə hesablarını yoxlamalı, bütün xidmət haqlarının bağlandığına əmin olmalıdırlar. Xüsusilə xaricdə açılmış bank hesabları üçün bu məsələ daha böyük əhəmiyyət daşıyır.
Mütəxəssislər tövsiyə edirlər ki, istifadə edilməyən kartlar evdə saxlanılmamalı, rəsmi qaydada bağlanmalı və şəxsi məlumatların təhlükəsizliyi üçün fiziki kart məhv edilməlidir. Bu, həm maliyyə itkilərinin, həm də mümkün dələduzluq hallarının qarşısını almağa kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 İyun 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















