Icma.az
close
up
RU
İstifadəsiz qalan zavod və anbarlar kimə veriləcək? TƏKLİF

İstifadəsiz qalan zavod və anbarlar kimə veriləcək? TƏKLİF

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırda Azərbaycanda bir sıra zavod və müəssisələr fəaliyyət göstərir – Gəncə, Sumqayıt və digər bölgələrdə belə istehsalat müəssisələri mövcuddur. Bu müəssisələrin gələcək taleyi, orada çalışan insanların əmək hüquqları, sosial təminatları bu qanunun tətbiqi ilə birbaşa əlaqəlidir. Qanunun qəbul olunması bu zavodların fəaliyyəti və işçilərin taleyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, vaxtilə bu zavodlarda inşaat materialları istehsal olunub və bu materiallar Azərbaycanda geniş şəkildə tətbiq olunub. Hətta bəzən kənd yerlərində, hasarların tikintisində belə bu materiallardan istifadə olunur:

“Bu prosesin icrası üçün müəyyən maliyyə alətlərinin – subsidiyaların, güzəştli kreditlərin və ya dəstək mexanizmlərinin tətbiqi vacibdir. Çünki xüsusən kənd yerlərində bu dəyişikliklər əhalinin sosial vəziyyətinə təsir edə bilər. Xatırlayırsınızsa, Binəqədi rayonunda vaxtilə yanğına səbəb olduğu üçün binanın üzlənməsi ilə bağlı dövlət səviyyəsində göstəriş verilmişdi və həmin materiallar tamamilə yeniləndi. Əgər bu materiallar da zərərli hesab olunursa, dövlət tərəfindən konkret göstəriş verilməli, onların istifadəsinə qadağa qoyulmalı və əvəzində zərərsiz, ekoloji baxımdan təhlükəsiz alternativ materialların istifadəsi təşviq edilməlidir”.

Komitə sədri qeyd edib ki, mülki dövriyyədə olmasına yol verilməyən məsələlər genişlənməlidir:

“Bəzi bölgələrdə mülkiyyət hüquqlarının qeyri-müəyyən olmasıdır. Biz müxtəlif regionlarda yarımçıq qalmış obyektlər, istifadəsiz torpaq sahələri, keçmiş istehsalat müəssisələri, istismar olunmayan binalar görürük. Bu obyektlər nə bələdiyyələrin, nə də icra hakimiyyətlərinin səlahiyyətindədir, nəticədə isə heç bir hüquqi və iqtisadi dövriyyəyə daxil ola bilmir. Bu da həm vizual, həm də funksional baxımdan həmin ərazilərdə inkişafı ləngidir. Məsələn, keçmiş hərbi təyinatlı obyektlər, qəzalı vəziyyətdə olan anbarlar, istifadəsiz istehsalat sahələri uzun illərdir olduğu kimi qalıb. Halbuki həmin sahələrin bələdiyyələrə və ya yerli icra hakimiyyətlərinə verilməsi həmin ərazilərdə sosial-iqtisadi canlanmaya səbəb ola bilər” – komitə sədri sonda bildirib."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri