Icma.az
close
up
RU
İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstilik təchizatı sektorunda istilik qurğularının, şəbəkələrin, istilik istehlakı qurğularının təhlükəsizliyinə dair tələblər müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İstilik təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, istilik qurğularının, şəbəkələrin, istilik istehlakıqurğularının istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir.
İstilik təchizatı subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına riayət etməli, inşa olunan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidirlər.
İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuş istilik qurğuları, habelə istilik istehlakı qurğuları texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Eyni zamanda layihəyə əsasən, şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkə ətrafında şəbəkənin mühafizə zonaları müəyyənləşdirilməlidir. Şəbəkənin mühafizə zonalarında Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.
Şəbəkənin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, şəbəkə istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi) üçün nəzərdə tutulan istilik boru və qurğuları kompleksidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:3082
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri