Icma.az
close
up
RU
İstiliyin verilməsi hava şəraitinə uyğun şəkildə tənzimlənməlidir

İstiliyin verilməsi hava şəraitinə uyğun şəkildə tənzimlənməlidir

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil müəssisələrinə istiliyin verilmə vaxtının dəyişdirilməsi təklif olunub. Bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib. O qeyd edib ki, bir sıra bölgələrdə soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələrinin soyuq olmasının uşaqlar arasında xəstəliklərin artmasına, eyni zamanda qeyd edilən vəziyyətin şagirdlərin məktəblərdən yayınmasına səbəb olduğunu nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr – 15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var.

İlk olaraq dünya təcrübəsinə baxsaq, görərik ki, bir çox ölkədə məktəblərə və ya müəssisələrə istilik enerjisinin verilməsi dövlət tərəfindən tənzimlənmir:
Qardaş Türkiyədə istilik enerjisinin verilməsi mövsümünə dair müəyyən tarixlər yoxdur. İstilik məktəblərdə çox vaxt müstəqil tənzimlənir. Şimal qonşumuz Rusiyada 15 oktyabr - 15 noyabr arasında istilik sistemi aktiv edilməyə başlanılır. Böyük Britaniya və Almaniyada isə istiliyin verilməsi sistemi adətən oktyabrın ortalarından verilməyə başlayır.

Məsələ ilə bağlı "Operativ Media" ilə fikirlərini bölüşən sosioloq Üzeyir Bayramlı bildirib ki, istiliyin verilməsinin müəyyən bir tarixlə kifayətlənməsi düzgün deyil:

“İstiliyin verilmə vaxtının konkret bir gün ilə müəyyən edilməsi önəm kəsb etməməlidir. Hazırda qlobal istiləşmə və iqlim dəyişikliyi şəraitində yaşayırıq. Bəzən fəsillər belə bir-birinə qarışır. Fəsilləri təyin etmək o qədər asan olmur. Bəzən qışda havalar mülayim keçir, və ya payız daha fərqli, daha soyuq keçir. Hazırda bu məsələ beynəlxalq səviyyədə müzakirə obyektinə çevrilib. Fəsillərin bir-birinə qarışması müşahidə olunur. Belə bir şəraitdə istiliyin verilməsinin müəyyən bir tarixlə kifayətlənməsi düzgün deyil.

"Noyabrın 15-də verilməlidir" kimi yanaşmalar düzgün deyil. İstilik enerjisinin verilməsi fiziki şəxslər və müəssisələr tərəfindən də tənzimlənə bilər. Mütləq müəyyən bir tarixdən verilməlidir. Hava şəraitindən asılı olaraq vətəndaş həm inzibati, həm də yaşayış binalarında istilik enerjisinin verilməsini tənzimləyə bilər. İstilik enerjisi noyabrın 15-də verilir. Noyabrın 15-nə kimi hava kəskin soyuq keçə bilər və ya istilər tez düşə bilər. Buna görə də istilik enerjisinin müəssisələrə verilməsi ilə bağlı konkret gün olmamalıdır, nisbi yanaşma olmalıdır. Hər hansısa tarixlərlə verilməsi indiki iqlim dəyişkənliyi dövründə düzgün deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 19 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri