Icma.az
close
up
RU
İstintaq Ağalarovların əmlaklarına həbs qoyulması tələbini rədd edib

İstintaq Ağalarovların əmlaklarına həbs qoyulması tələbini rədd edib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində zərərçəkmişlərin müdafiə tərəfinin konsert zalının sahibləri Araz və Emin Agalarovlara məxsus aktivlərin həbsi barədə vəsatətinə cavab olaraq, İstintaq Komitəsi bu addımı hələlik vaxtsız hesab etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına zərərçəkmişlərin vəkillərindən biri İqor Trunov məlumat verib.

Sənəddə: “Cinayətdə iştirak edən şəxslərin dairəsini və onların iştirak dərəcəsini müəyyən etmək, həmçinin təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin həcmini araşdırmaq məqsədilə bir sıra kompleks məhkəmə ekspertizaları təyin olunub. Bu ekspertizaların keçirilməsi xüsusi çətinlik və araşdırılan obyektlərin çoxluğu səbəbindən vaxt aparır.

Ekspertiza nəticələrinə əsasən, hadisəyə aidiyyəti olan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və təminat tədbirlərinin tətbiqi məsələsinə baxılacaq. Bu baxımdan, indiki mərhələdə təqdim olunmuş vəsatətin təmin olunması mümkün deyil”, - deyə qeyd olunub.

Həmçinin vurğulanır ki, bu mərhələdə təminat tədbirlərinin, o cümlədən aktivlərin həbsi, vaxtsızdır. Çünki Rusiya qanunvericiliyinə əsasən, belə həbs yalnız şübhəli və ya təqsirləndirilən şəxslərin, yaxud onların əməllərinə görə maddi məsuliyyət daşıyan şəxslərin əmlakına tətbiq oluna bilər.

23 sentyabr tarixində İqor Trunov mətbuata bildirib ki, zərərçəkmişlər adından Rusiya İstintaq Komitəsinə müraciət edərək “Crocus” və “Crocus İnternational” şirkətləri, habelə “Crocus Profi” adlı özəl mühafizə şirkəti də daxil olmaqla "Crocus Group"a məxsus aktivlərin həbsi ilə bağlı tədbirlər görülməsini istəyib. Bu müraciətin məqsədi — Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsi (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi nəticəsində iki və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümü) üzrə cinayətlə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini təmin etməkdir.

Trunovun sözlərinə görə, “Crocus” şirkəti binada yanğınsöndürmə və təxliyə çıxışlarının açılmasını təmin edən giriş-çıxış sistemlərinin xidmətini həyata keçirib. Konsert zalında ictimai-kütləvi tədbirlərin təşkili "Crocus Group" tərəfindən, binanın mühafizəsi isə “Crocus Profi” özəl mühafizə şirkəti tərəfindən təmin olunub.

Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus Siti Holl”da terror aktı 2024-cü il martın 22-də törədilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, həmin hadisədə 149 nəfər həyatını itirib. Cinayət Məcəlləsinin 238-ci maddəsi üzrə cinayət işi 2024-cü il martın 25-də, vətəndaşların istintaq orqanlarına etdiyi müraciətlər əsasında, hələlik adları müəyyən edilməmiş şəxslərə qarşı başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, terrorçular tərəfindən törədilmən yanğından sonra zalın mövcud yanğınsöndürmə sistemi işləməyib və zalın tikintisində yanğına davamlı olmayan materiallardan istifadə olunub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri