Icma.az
close
up
RU
İstintaq onların cinayət törətməsinə dair əsaslı sübutlar tapa bilmir

İstintaq onların cinayət törətməsinə dair əsaslı sübutlar tapa bilmir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya İstintaq Komitəsi hələ də Yekaterinburqda həbs olunan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərovların cinayət törətməsi barədə əsaslı sübutlar tapa bilmir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “ruscriminal.info” nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, ittiham tərəfi azərbaycanlı Səfərovlar və Şıxlinskilərin Yekaterinburqda niyə belə vəhşicəsinə saxlanıldığını və onlara qarşı irəli sürülən ittihamların nəyə əsaslandığını izah edə bilmir.

Qeyd olunub ki, təxminən üç aylıq istintaqdan sonra Ural müstəntiqlərinin əlində bir neçə məhbusun etiraflarından başqa heç nə yoxdur. Nəşr bu etirafların Hüseyn və Ziyəddin Səfərovların ölümlərində olduğu kimi, amansız işgəncələr altında verilə biləcəyinə işarə edib.

O da bildirilib ki, məlum hadisələrdən sonra Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk Regional İdarəsi və Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsində mərkəz tərəfindən geniş yoxlamalar aparılıb.

“Federallar iş materiallarını nəzərdən keçiriblər, hər iki qurumun rəhbərləri ilə, eləcə də azərbaycanlılara qarşı işə rəhbərlik edən müstəntiqlə – İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə dördüncü idarəsinin rəisi, mayor Yaroslav Kuzvesovla söhbət aparıblar. Yoxlamalardan sonra mayor Kuzvesov cinayət işlərində əlində olan sübutlar barədə general-mayor Boqdan Frantsişko (İstintaq Komitəsi) və general-mayor İqor Nikolayevi (FTX) aldatdığını etiraf edib. Kuzvesovun həmkarlarının dediyinə görə, o, Sverdlovsk İstintaq Komitəsinin digər idarələrin rəislərinin polkovnik rütbəsinə malik olmasından, yalnız onun mayor rütbəsində olmasından narazıdır. Hətta Kuzvesovun müavininin rütbəsi daha yüksəkdir, o, polkovnik-leytenantdır”, – deyə mənbə qeyd edir.

“Kuzvesov azərbaycanlılara qarşı açılan cinayət işinə özünün karyera yüksəlişi üçün əla fürsət kimi baxır”, – nəşr yazıb.

“Ruscriminal.info” Yekaterinburq müstəntiqinin Sverdlovsk təhlükəsizlik strukturlarının rəhbərlərini beynəlxalq münaqişəyə cəlb etdiyini də bildirib.

Rusiyanın “VÇK-OQÇP” teleqram kanalı isə bu gün azərbaycanlılar Şıxlinski və Səfərova qarşı cinayət işi üzrə istintaqı aparan müstəntiq Kuzvesovun iş yerində sərxoş olub, özünü nalayiq aparması haqqında məlumat yayıb. Bildirilib ki, mayor Yaroslav Kuzvesovun həmkarlarının dediyinə görə, işdə sərxoşluğun və isteriyanın səbəbi Sverdlovsk İstintaq Komitəsinin rəhbəri general-mayor Boqdan Frantsişko ilə münaqişə olub.

“Frantsişko Kuzvesovu çağırıb və ondan azərbaycanlılarla bağlı istintaqı sürətləndirməyi tələb edib. General Kuzvesovun arxasında dayanmayacağını bildirib. Kuzvesov isə hər şeyin yaxşı olduğunu, işin öhdəsindən gələcəyini söyləyib. Bu zaman onlar arasında mübahisə başlayıb”, – “VÇK-OQÇP” yazıb.

Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri