İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Icma.az, Ayna saytına istinadən bildirir.
Diş pastasının içərisində 8 ədəd bükülüdə metadon aşkar olunub
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.
Qeyd olunub ki, həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan edilmiş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - deyə qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 May 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















