Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

İstiqlaliyyətin möhkəmləndirilməsi uğrunda mübarizə tarixindən

İstiqlaliyyətin möhkəmləndirilməsi uğrunda mübarizə tarixindən

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məqalənin yazılmasında əsas məqsəd, 1918-ci ilin əvvəllərində Azərbaycanda “istiqlalçılıqla” “ilhaqçılıq” tərəfdarları arasında gedən “mübarizəni”, onu doğuran səbəbləri və bu mübarizənin nəticələrini, eləcə də “problem”in Azərbaycan tarixində yerinin müəyyənləşdirilməsini təhlil etməkdən ibarətdir.

Problem araşdırılarkən, Azərbaycan Respublikası Dövlət Arxivində saxlanan sənədlərdən, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin əsərlərindən istifadə olunub.

Problemlə bağlı tarixçi alim Vasif Qafarovun “1918-ci ilin yazında Azərbaycandan Osmanlı dövlətinə göndərilən ilhaqnamələr və ilhaq heyətləri” adlı məqaləsi çap olunub. Həmin məqalə Osmanlı dövlətinə aid arxiv sənədlərindən, eləcə də Türkiyə tarixşünaslığından istifadə edilərək yazılıb. Oxuculara həmin məqaləyə də baxmağı tövsiyə edirəm.

“İstiqlalçılarla” “ilhaqçılar” arasındakı problemə yanaşmada fikir ayrılıqların, baxışlardakı fərqliliyin XX əsrin əvvəllərində özünü müəyən qədər qabarıq göstərməsi bəhs olunan dövrün siyasi və hərbi vəziyytindən doğan bir məsələ olduğu qeyd olunmalıdır. Fikrimcə, “istiqlalçılıq” və “ilhaqçılıq” məsələsi bu günə qədər çağdaş Vətən tarixşünaslığında elə də ciddi mübahisə doğuran tarixi bir məsələ olmayıb.

Hər şeydən öncə, problemə qiymət verərkən bu gününün düşüncəsi ilə deyil, o dövrün (1918-ci il) sosial-siyasi və hərbi şəraitin döğurduğu tarixi reallıqların nəzərə alınması mütləqdir. Əlbəttə, bunsuz baş vermiş hər hansı bir tarixi hadisəni düzgün dəyərləndirmək, təhlil etmək mümkün deyil.

Tarixi qaynaqlardan məlumdur ki, 1918-ci ilin birinci yarısında Cənubi Qafqazdakı ictimai-siyasi və hərbi vəziyyət olduqca gərgin olub. Bu gərginliyi yaradan səbəblər sırasına, birinci dünya müharibəsinin davam etməsini, Rusiya imperiyasında 1917-ci il 27 fevral inqilabı nəticəsində romanovlar sülaləsinin taxtdan salınmasını, həmin ilin oktyabr ayının 25-də bolşeviklərin Petroqrad və Moskvada silahlı çevriliş etmələrini və nəhayət, erməni silahlı dəstələrinin Azərbaycanın İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının ayrı-ayrı qəzalarında yaşayan türk-müsəlman əhaliyə qarşı soyqırımı və etnik təmizləmə aktlarını həyata keçirmələrini aid etmək olar.

Bu dövrdə qanunvericilik funksiyasını öz üzərinə götürmüş Cənubi Qafqaz Seymi (CQS), eləcə də Hökuməti Diyarı idarə etmək üçün real gücə malik deyildilər. Yəni Seym, Cənubi Qafqazda milli-etnik zəmində baş verən qarşıdurmaların və anarxiyanın qarşısını almaq üçün güclü qanunverici, icraedici və məhkəmə orqanları yarada bilməmişdir. Eyni zamanda Seym vahid və güclü ordu quruculuğunu da həyata keçirə bilməyib.

Qeyd olunmalıdır ki, erməni silahlı dəstələrinin törətmiş olduqları çoxsaylı qətl-qarətlərlə əlaqədar Seymin iclaslarında dəfələrlə müzakirələr aparılıb. Məsələn, Seymin 19, 20, 22 fevral, 7, 13, 17, 20, 24 mart, 2 may tarixli iclaslarında İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarında erməni silahlı dəstələri tərəfindən türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş kütləvi soyqırımlarla bağlı ciddi müzakirələr aparılmışdı. Bu fikri təsdiqləmək üçün, ən azından Cənubi Qafqaz Seyminin stenoqrafik protokollarına baxmaq kifayətdir.

Cənubi Qafqaz Seymi öz siyasi və hərbi imkanlarından istifadə edərək erməni silahlı dəstələrinin özbaşınalıqlarının qarşısını qismən də olsa ala bilərdi. Bu işlərə ən çox mane olan amillərdən biri, bəlkə də ən birincisi Seymdə erməni deputatlarının pozuculuq fəaliyyəti olub. Digər tərəfdən isə, ermənilərin birinci dünya müharibəsində (1914-1918-ci illər) Rusiya ordusunun tərkibində Türkiyə ordusuna qarşı döyüşlərdə aktiv iştirak etmiş təcrübəli silahlı dəstələri var idi.

Bakı quberniyasında vəziyyətə gəldikdə isə, qeyd olunmalıdır ki, bu quberniyanın ayrı-ayrı qəzalarında da, S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin himayəsi altında erməni silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhaliyə qarşı soyqırımları törədilmiş, əhalinin mal-mülkü talan edilmiş, evləri isə yandırılmışdı. Azərbaycanın tarixi şəhəri, döyünən qəlbi və mərkəzi Bakı şəhəri də düşmən qüvvələrin - bolşevik, eser, menşevik və daşnaksütyun partiyalarına tabe olan silahlı dəstələrin nəzarəti altında idi.

1918-ci ildə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsi olaraq, bölgənin türk-müsəlman əhalisinin böyük bir qismi qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Bütün bu müsibətləri görən əhalinin böyük çoxluğu özlərini köməksiz hiss edirdilər. Onların yeganə ümidi Türkiyə dövləti idi. Şimali Azərbaycanın isə hələ nə elə bir güclü dövləti, nə də ki, ordusu var idi.

Bu baxımdan təkrarlanmasında fayda var düşüncəsi ilə, qeyd olunmalıdır ki, Şimali Azərbaycanın türk-müsəlman əhalisinin müəyyən bir qisminin Osmanlı dövlətinin himayəsinə sığınmaq, onun tərkibinə daxil olmaq və bununla da əzab-əziyyətlərdən xilas olmaq istəyi təbii qarşılanmalıdır. Bəhs olunan dövrdə xalqın bu istəyini böyük bir faciə kimi qiymətləndirmək doğru olmazdı. Çünki o dövrün ictimai-siyasi vəziyyəti əhalinin müəyyən qisminin yuxarıda qeyd olunan fikirə düşməsində əsas səbəblərdən hesab etmək olar.

Digər tərəfdən, düşmən işğalı altında olan əraziləri, o cümlədən Bakını azad etmək üçün Azərbaycanın siyasi və hərbi köməyə ehtiyacı var idi. Belə bir köməyi yalnız qardaş Osmanlı dövləti edə bilərdi. Çünki Azərbaycan xalqı öz etnik və dil köklərinə görə Osmanlı türklərinə daha yaxın idi. Ona görə də müəyyən çətinliklər olanda və tarixin müəyyən dönəmlərində Azərbaycan xalqı Osmanlı dövləti ilə yaxınlaşmaq və çox vaxt da birləşmək fikrində olub.

Lakin “İstiqlal”çı xadimlərinin XX əsrin əvvəllərində Rusiya imperiyasında, eləcə də Cənubi Qafqazda baş vermiş ictimai-siyasi proseslərdə aktiv iştirak etmələri, türk-müsəlman əhalinsinin arzu və istəkləri uğrunda apardıqları ardıcıl mübarizə, onların öz fikir və məqsədlərini Osmanlı dövlətinin rəhbərlərinə doğru-düzgün izah etmələri, eləcə də dünyada və regionda siyasi hadisələrin gedişi sonda “istiqlalçı”ların gələbəsini təmin edən əsas səbəblərdən hesab etmək olar.

İndisə “problem”in gedişini bir qədər dərindən izləyək.

1918-ci ilin may ayında Gəncədə toplanan Milli Komitə ilk dəfə olaraq, yüksək səviyyədə Osmanlı dövlətindən hərbi kömək almaq üçün bir rəsmi nümayəndə heyəti (müstəqilliyin tərəfdarları-istiqlalçılar) göndərməyi qərara alıb. Digər bir nümayəndə heyəti isə, rəsmi olmayan və qəzalardan göndərilən nümayəndə heyəti (ilhaqçılar ) idi. Bu ikinci nümayəndə heyəti Osmanlı nümayəndə heyətinin Batuma və Gəncəyə gələrkən daha aktiv fəaliyyət göstərib.

Milli Komitə tərəfindən göndərilən nümayəndə heyətinin, yəni “istiqlalçı”ların əsas məqsədi Azərbaycanı müstəqil görmək, Bakı şəhərini, eləcə də Azərbaycanın digər işğal olunmuş torpaqlarını erməni və rus işğalçı qüvvələrindən azad etmək idi. Bunun üçün gənc Cümhuriyyət Hökuməti siyasi və hərbi yardım üçün Osmanlı dövlətinə müraciət etmişdir. Bu müraciət də razılqla qarşılanıb.

Yuxarıda qeyd olunduğu kimi, “ilhaqçılıq” tərəfdarları 1918-ci ilə birinci yarısında bölgədə siyasi və hərbi gərginliyin artması fonunda, xüsusilə erməni silahlı dəstələri tərəfindən türk-müsəlman əhaliyə qarşı qətl-qarətlərin törədilməsi, bu faciələrin qarşısını alan elə bir qüvvənin meydanda olmaması və başqa səbəblərdən Osmanlı dövlətinə müraciət etmək məcburiyyətində qalmışdılar. Onlar yeganə çıxış yolunu Azərbaycanın Osmanlı dövlətinin himayəsi altına girməsində görmüşdülər.

“İlhaqçılıq” məsələsinə tam aydınlıq gətirmək üçün, şübhəsiz, Cümhuriyyət xadimlərinin müxtəlif illərdə yazmış olduqları əsərlərə müraciət etmək olduqca vacibdir. Çünki həmin “acı” və çətin günləri yaşayan və mübarizə aparan onlar olmuşdular...

Vaqif Şirinoğlu, tarix elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Noyabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri