Icma.az
close
up
RU
İstirahət mərkəzində müştəri kababı bəyənmədi, ofisiantı döydü

İstirahət mərkəzində müştəri kababı bəyənmədi, ofisiantı döydü

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göyçay rayonunda istirahət mərkəzində mübahisə dava ilə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Kürd Şaban kəndində yerləşən “Murad” istirahət mərkəzində baş verib. 
Ucar rayon sakini, 1987-ci il təvəllüdlü Nuran xuliqanlıq niyyəti ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərib. O, heç bir səbəb olmadan istirahət mərkəzinin işçisi Tacəddinin ünvanına söyüş söyüb. Eləcə də əli ilə sifət nahiyəsindən qəsdən vurub və ona qarşı zor tətbiq edib. 
Hadisəni törədən Nuranın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən Nuran ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ucar rayonunun  Bağman kəndində yaşayır:
“Anar və qaynım Faxrət ilə yaşadığımiz kəndə görüşdük və birlikdə idarə etdiyim avtomobillə Göyçay rayonunun Kürdşaban kəndində “Murad” ailəvi istrahət mərkəzinə getdik. Orada oturub yeyib-içən zaman hər üçümüz spirtli içki qəbul etdik. Sonuncu sifarişlərimiz 1 şiş böyrək kababı oldu. Lakin kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu gördük. Mən buna narazı oldum, kafenin mətbəxinə gedərək kababçı işləyən şəxsə niyə istədiyim formada kabab göndərməməsini dedim. Aramızda sadəcə söhbət oldu. Sonra gələrək öz yerimə əyləşdim. Həmin vaxt heç bir dava-dalaş olmadı. Bir qədər sonra hesabı vermək üçün ofisianta yaxınlaşdım. Anar və Faxrət isə avtomobilə doğru getdilər. Mən hesabı ödədim. Orada kababın yaxşı olmadığını və ofisiant işləyən Tacəddinə də son gətirilən kababı xoşlamadığımı bildirdim. Tacəddin isə dedi ki, yesən də, yeməsən də budur. Tacəddin bu sözü dedikdən sonra aramızda mübahisə başladı. Mübahisə zamanı səs- küy oldu və bir-birimizi vurduq. Bundan sonra orada olan şəxslər bizi araladılar”. 
Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə müttəhim 2500 manat miqdarında cərimə olunub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri