İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 oktyabr, AZƏRTAC
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla oktyabrın 20-24-də Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

