Icma.az
close
up
RU
“İstisu” daha bir ölkədə satışa çıxarıldı Qarabağ məhsulu necə qarşılanıb?

“İstisu” daha bir ölkədə satışa çıxarıldı Qarabağ məhsulu necə qarşılanıb?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İstisu” mineral suyunun istehsalının bərpa edilməsindən sonra əsas hədəflərdən biri məhsulun xarici bazarlara çıxarılması olub. Bu məqsədlə təbii xəzinəmiz bir sıra ölkələrdə sərgilənib və təşviq olunub.

Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, Kəlbəcərin məşhur “İstisu”yunun ilk təqdim olunduğu xarici bazarlardan biri Gürcüstandır. Belə ki, işğal səbəbindən 27 illik fasilədən sonra şöhrətini özünə qaytarmaqda olan Azərbaycanın “İstisu”yu Gürcüstanda da əlçatan olub.

Bu zamana qədər Azərbaycanın “Sirab” və “Badamlı” kimi digər mineral suları Gürcüstana ixrac edilməyib. Bunun əsas səbəblərindən biri qonşu ölkədə yerli mineral su məhsullarının zəngin çeşidinin olmasıdır. “İstisu” Gürcüstan bazarına çıxarılmış Azərbaycanın ilk mineral suyu olub.

“İstisu”yun 0,5 litrlik və 1 litrlik plastik qabdakı çeşidləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) YDM şəbəkələrində fəaliyyət göstərən “Way Mart” mağazalarında alıcılara təklif olunur.

“Way Mart” şəbəkəsi SOCAR-ın 70-dən çox YDM-ni əhatə edir. Mağazaların assortimentləri yerli məhsullarla yanaşı, xarici eksklüziv məhsullardan ibarətdir. “İstisu” mağazaların rəflərində Gürcüstanın qazlı və qazsız mineral suları ilə yan-yana düzülüb. Əfsanəvi mineral suyumuzun Gürcüstanda da əlçatan olmasını görmək qürurverici hissdir.

Suların qiymətinə gəlincə, “İstisu”yun 0,5 litri 2,30 lariyə (1.39 AZN), 1 litri isə 3,20 lariyə (1.93 AZN) satılır.

Tbilisidəki “Way Mart” mağazalarından birinin meneceri bildirib ki, “İstisu” çeşidləri artıq ikinci həftədir müştərilərə təqdim olunur. Onun sözlərinə görə, məhsul yeni olduğundan ona maraq yüksəkdir. “İstisu” barədə menecerin özü də internet vasitəsilə məlumat əldə edib.

“Mağazamızın yerləşdiyi yanacaq doldurma məntəqəsi azərbaycanlıların sıx yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarına gedən yolun üzərindədir. Azərbaycanlılar “İstisu”ya böyük maraq göstərirlər və ən çox alıb aparanlar da onlardır. Bundan başqa, mağazamızın ətrafında yerləşən Gürcüstanın bir sıra dövlət qurumlarının əməkdaşları daimi müştərilərimizdir və yeni mineral su onların da diqqətini cəlb edib”.

Məlum olduğu kimi, Gürcüstan təbii mineral sularla zəngindir. Qonşu ölkənin dünyaca məşhur “Borjomi” suyu ilə yanaşı “Likani” və “Nabeqlavi” müalicəvi suları yerli müştərilərin etimadını çoxdan qazanıb. Bir sözlə, “İstisu”yun Gürcüstanda güclü “rəqibləri” var, qiymətinin də yerli mineral sularla müqayisədə yüksək olmasını nəzərə alsaq, rəqabətə davam gətirməsi asan olmayacaq. Lakin “İstisu” unikallığı ilə fərqlənir və Gürcüstan bazarında faydalılığını effektiv tanıtmaqla məhsulun cəlbediciliyini və tələbatını artırmaq mümkündür.

Xatırladaq ki, “İstisu” mineral suyunun istehsalına 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda başlanılıb. Qısa müddətdə Azərbaycanda və ölkə hüdudlarından kənarda rəğbət qazanıb. 1993-2020-ci illəri əhatə edən işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü il sentyabrında “İstisu” mineral su zavodunun açılışı olub və eyniadlı məhsulun yenidən istehsalına başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Fevral 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri