“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın “İstisu” mineral suyu yaxın zamanlarda Belarus bazarında satışa çıxarılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.
O vurğulayıb ki, “İstisu” mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə imzalanıb: “Məhsul laboratoriya sınaqları üçün göndərilib və biz tezliklə müntəzəm ixracın başlanacağına ümid edirik".
Y. Abdullayev qeyd edib ki, “İstisu”nun xarici bazara çıxışı xüsusi əhəmiyyət daşıyır: “Bu, bizim üçün sadəcə bir ticarət layihəsi deyil, azad olunmuş ərazilərin dirçəlişinin rəmzidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















