Icma.az
close
up
RU
ISTU rəhbərliyi Bakıdakı Autizm Mərkəzini ziyarət edib FOTOLAR

ISTU rəhbərliyi Bakıdakı Autizm Mərkəzini ziyarət edib FOTOLAR

Icma.az bildirir, Tribuna portalına istinadən.

ISTU-nun rektoru Prof. Dr. Erdal Dursunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda yerləşən Autizm Mərkəzini ziyarət edib. Rektoru səfərdə müşaviri və Beynəlxalq Ofisin direktoru Bəxtiyar Nəcəfov və digər rəsmilər müşayiət edib. Səfər, “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Dr. Aytan Eynalova və onun dəyərli komandası tərəfindən təşkil edilib.

Qeyd edək ki, əlilliyi olan tələbələrin təhsil alması istiqamətində ixtisaslaşan və dünyada bu qəbildən xüsusi seçilən universitet olan Beynəlxalq Elm və Texnologiya Universiteti (ISTU), əlverişsiz qrupların dəstəklənməsi istiqamətində innovativ təşəbbüslərini davam etdirir. Bu missiya ISTU-nun əsas məqsədlərindən biri olan təhsildə əlçatanlıq və inklüzivliyi təşviq etmək prinsiplərinə söykənir.

Səfər çərçivəsində ISTU-nun nümayəndə heyəti Autizm Mərkəzində təşkil olunan peşəkar təcrübələr haqqında ətraflı məlumat alıb, mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Görüş əsnasında autizm spektr pozuntusu və digər inkişaf məhdudiyyətləri olan şəxslərin təhsili üçün mövcud şərait, tətbiq edilən metodlar və beynəlxalq təcrübələr istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Tərəflər əlilliyi olan şəxslərin ISTU-da tam təqaüdlü təhsil almasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında vacib razılaşmalar əldə ediblər. Əməkdaşlıq çərçivəsində xüsusi qayğıya ehtiyacı olan tələbələrin universitetə qəbulu, təhsil prosesində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və onların akademik potensialının dəstəklənməsi üçün müvafiq proqramların hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, bu razılaşma, əlilliyi olan şəxslər üçün təhsilin əlçatanlığının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. ISTU bu cür imkanlar yaratmaqla hər kəsin uğur qazanmasına şərait yaradan inklüziv təhsil mühiti formalaşdırmaqda davam edir. Universitet yalnız akademik təhsil verməklə kifayətlənməyərək, bu tələbələrin cəmiyyətə inteqrasiyası və əmək bazarında adaptasiyası üçün də müxtəlif layihələr icra edir.

Səfər və əldə edilən əməkdaşlıq ISTU-nun beynəlxalq əməkdaşlığa verdiyi önəmi və sosial inklüzivlik missiyasına sadiqliyini bir daha nümayiş etdirir. Bu təşəbbüs təkcə ISTU ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirmir, eyni zamanda qlobal səviyyədə bərabər təhsil imkanlarının təmin olunmasına töhəsini verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri