Icma.az
close
up
RU
İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bakıda keçirilən COP29 iqlim sammitində İsveçin iqlim və ətraf mühit naziri Romina Purmohtari ölkə şirkətlərinin dayanıqlı inkişafa keçiddə digərləri üçün tərəfdaş kimi təşviqinə yönəlmiş yeni strategiyanı təqdim edib. O vurğulayıb ki, “yaşıl enerji” və davamlı istehsal kimi sahələrdə İsveç innovasiyaları iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynaya bilər. SİA xəbər verir ki, biznesə önəm verilməsi fəalların və ekoloji təşkilatların tənqidinə səbəb olub.

Nepallı iqlim fəalı Omkar Subedi, İsveçi iqlim fəlakətlərindən əziyyət çəkən ölkələrdən məkan oğurlamaqda ittiham edərək, iqlim böhranının artıq ölüm-dirim məsələsinə çevrildiyini qeyd edib.

“Biz fəlakətlər nəticəsində milyonlarla dollar və minlərlə insan həyatını itiririk. Siz isə gözəl şirkətlərinizi gətirib dəbdəbəli pavilyonlarda sərgiləyirsiniz”, – deyə O.Subedi bildirib.

Stokholm İsveç Təbiəti Mühafizə Cəmiyyətin baş katibi Karin Leksen bildirib ki, ölkə diqqəti kommersiya mənfəəti əldə etməyə yönəldib.

Eyni zamanda, İsveç əvvəllər lider mövqelərini tutduğu “Climate Change Performance Index” (CCPI) qlobal iqlim reytinqində mövqelərini itirməkdə davam edir. Səbəb kimi iqlim siyasətindəki dəyişikliklər, məsələn, elektromobillər üçün bonusların və hava nəqliyyatına verginin ləğvi olub.

Bu dəyişikliklərdən narahat olan Avropa Parlamentinin üzvü Emma Visner hökumətin iqlim siyasətindən imtina etdiyini, onu araşdırmalarla əvəz etdiyini və heç kimin bunun fərqinə varmayacağını düşündüyünü qeyd edib.

Nazir Romina Purmohtari iqtisadi artım və iqlim məsuliyyəti arasındakı əlaqəni vurğulayan yeni strategiya ilə fəxr etdiyini bildirib.

“Biz zəngin ailələr üçün yeni avtomobillərin alınmasını maliyyələşdirən elektrik avtomobilləri üçün bonusları ləğv etdik”, - deyə o, İsveç şirkətlərinin emissiyaları azaltmaqla yanaşı, digər ölkələrin rifahına da töhfə verə biləcəyini vurğulayıb.

Bununla belə, tənqidçilər bu yanaşmanın İsveçin iqlim siyasəti üzrə liderliyinə xələl gətirərək onu beynəlxalq səhnədə daha az iddialı oyunçuya çevrilməsindən qorxurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see370

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see269

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see257

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see250

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see241

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see237

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see232

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see232

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see231

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see229

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see226

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see223

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see222

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see209

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see206

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see188

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see183

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri