İsveç DÇ 2026 nın seçmə mərhələsində sürpriz şəkildə evdə Kosovoya məğlub olub
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Geteborq şəhərindəki “Ullevi” stadionunda keçirilən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsindəki oyun İsveç yığmasının Kosovoya 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
İdman.Biz-in məlumatına görə, yeganə qolu 32-ci dəqiqədə “Hoffenhaym”ın hücumçusu Fisnik Aslani vurub.
Qeyd edək ki, “Liverpul”un ulduz hücumçusu Aleksander İsak İsveç millisinin heyətində tam 90 dəqiqə meydanda olub.
İsveç yığmasının B qrupunda dörd oyundan sonra bir xalı var. Onlar sonuncu yerdədir. Kosovo isə 7 xalla ikinci yerdədir. Qrupa 10 xalla İsveçrə başçılıq edir. Sloveniya 3 xalla üçüncüdür.

Seçmə mərhələ: Fransa millisi xal itirib, İsveç yığması evdə Kosovoya uduzub
14 Oktyabr 2025 03:14
DÇ 2026 nın seçmə mərhələsində inanılmaz rekord
21 Mart 2025 13:40
Əliyar Ağayev DÇ 2026 nın seçmə mərhələsində
08 İyun 2025 13:55
DÇ 2026: İsveçrə İsveç səfərində YENİLƏNİR
10 Oktyabr 2025 10:24
Azərbaycan millisi DÇ 2026 nın seçmə mərhələsində mübarizəyə başlayır
05 Sentyabr 2025 08:00

