İsveç millisinin daha bir futbolçusu Azərbaycana qarşı oynamayacaq
Qol.az saytına istinadən Icma.az xəbər verir.
İsveç millisi UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində doğma meydanda Azərbaycanla oyundan öncə daha bir itki ilə üzləşib.
QOL.az xəbər verir ki, "Atalanta"nın futbolçusu İsak Hien millimizlə matçda iştirak etməyəcək. 25 yaşlı müdafiəçi dünən Slovakiya ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşüb. Beləliklə, İsveç millisinin daha bir müdafiəçisi Azərbaycana qarşı oynamayacaq.
Xatırladaq ki, daha öncə İsveç millisinin futbolçusu Viktor Lindelöf zədə səbəbi ilə düşərgəni tərk etmişdi.
Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 19 noyabr tarixində Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Baxış sayı:142
Bu xəbər 17 Noyabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















