Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

İsveç NATO nun yeni tələbələri əsasında müdafiə büdcəsini artıracaq

İsveç NATO nun yeni tələbələri əsasında müdafiə büdcəsini artıracaq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stokholm, 23 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti 2030-cu ildən NATO-nun yeni investisiya tələblərini ödəmək üçün müdafiə xərclərini hər il 64,5 milyard kron (təxminən 6,1 milyard dollar) artırmağı planlaşdırır.

Parlament partiyaları arasında əldə olunan razılaşmaya əsasən, müdafiə xərclərinin ümumi səviyyəsi ÜDM-nin 5 faizini təşkil edəcək - bunun 3,5 faizi hərbi sahəyə, 1,5 faizi isə mülki müdafiəyə sərf olunacaq.

AZƏRTAC xəbər verir ki, çərşənbə axşamı Haaqada NATO-nun böyük sammiti başlayacaq və burada yeni məqsədin - üzv dövlətlərin müdafiə xərclərinin ÜDM-nin 5 faizinə çatdırılmasının həyata keçirilməsi müzakirə olunacaq.

Sammitdə əsas siyasi liderlərin, o cümlədən ABŞ Prezidenti Donald Trampın iştirakı gözlənilir.

İsveç Müdafiə Nazirliyi nümayəndələrinin sözlərinə görə, bu tədbirlər ölkənin müdafiə qabiliyyətini artırmaq və NATO-nun hədəflərinə çatmaq üçün lazımdır. Prioritetlər arasında hava hücumundan müdafiə, quru qoşunları və maddi-texniki təchizatın gücləndirilməsi, sursat və hərbi texnika ehtiyatlarının artırılması, həmçinin silahlı briqadaların modernləşdirilməsi yer alır.

İlkin mərhələdə Stokholm 2030-cu ildə 186 milyard kron (təxminən 17,7 milyard dollar) xərcləməyi planlaşdırırdı ki, bu da ÜDM-nin 2,6 faizini təşkil edir. Amma 3,5 faizlik hədəfə çatmaq üçün 250,5 milyard kron (təxminən 23,8 milyard dollar) büdcə lazımdır.

Müqayisə üçün qeyd edək ki, Skandinaviya ölkəsi polisinin hazırkı büdcəsi 45 milyard kron (təxminən 4,3 milyard dollar) civarındadır.

İnvestisiyaların miqyasına baxmayaraq, bəzi müdafiə mənbələri alyansın standartlarına tam cavab vermək üçün bunu qeyri-kafi hesab edir. Bununla belə, səlahiyyətlilər vurğulayırlar ki, İsveç hərbi transformasiya prosesinə bir çox digər ölkələrdən daha tez başlayıb və artıq ÜDM-nin 2 faizi həcmində xərcləmə səviyyəsinə çatıb.

İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, əlavə vəsait NATO-nun qarşıya qoyduğu məqsədlərə çatmaq üçün kifayət olmalıdır, baxmayaraq ki, yekun xərc iqtisadi artımdan və müdafiə xərclərində dəyişikliklərdən asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see231

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see228

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see207

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see193

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see165

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see137

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri