İsveç nümayəndə heyəti Ankarada: Terror təşkilatlarına qarşı yeni addımlar gündəmdədir
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Türkiyə ilə İsveç arasında qurulan “Təhlükəsizlik Mexanizmi” bu gün terrorla mübarizə sahəsində əməkdaşlığı müzakirə etmək üçün toplanır.
Publika.az xəbər verir ki, görüş xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard və İsveçin ədliyyə naziri Qunnar Strömmerin iştirakı ilə keçiriləcək. Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra qurulan mexanizmdən Ankaranın gözləntisi PKK/PYD/YPG və FETÖ-yə qarşı yeni addımlar atmasıdır.
İki ölkə arasında əvvəldən planlaşdırılan görüş İsveç nümayəndə heyətini daşıyan təyyarə xarab olduqdan sonra təxirə salınıb. Diplomatik nümayəndələr görüşün iki ölkənin qurumları arasında terrorla bağlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Xarici İşlər Nazirliyində keçiriləcək toplantıda Ankaranın gündəmində diqqət çəkən mühüm məsələlər var.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















