Icma.az
close
up
RU
İsveç: Rusiya hava məkanımızı pozə bilər

İsveç: Rusiya hava məkanımızı pozə bilər

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, Rusiya Polşa və Estoniya kimi İsveçin  də hava məkanını pozə bilər.

"Cebheinfo.az" xəbər verir ki, Kristersson xarici işlər naziri Maria Malmer Stenergard və müdafiə naziri Pal Jonson ilə birlikdə ölkənin təhlükəsizliyi ilə bağlı mətbuat konfransı keçirib.

Polşa və Estoniyadan sonra Danimarkanın paytaxtı Kopenhaq hava limanlarında pilotsuz uçuş aparatlarının (PUA) görünməsi ilə bağlı danışan Kristersson deyib: “Rusiya İsveçin hava məkanını da pozə bilər. Polşa və Estoniyadakı pozuntuların arxasında Rusiyanın olduğuna dair dəqiq kəşfiyyat məlumatlarımız var. Danimarka ilə bağlı isə eyni texniki sübutlara sahib deyilik”.

Kristersson əlavə edib ki, Rusiya Ukraynaya ən çox yardım edən qonşu ölkələri hədəf alır: “Danimarkaya radar qurğuları və hərbi səviyyəli PUA əleyhinə sistemlər təqdim etməklə dəstək olacağıq”.

Xarici işlər naziri Stenerqard son hadisələr səbəbilə NATO daxilində ciddi hərəkətlilik olduğunu və NATO-nun Baltik və Skandinaviya ölkələri ilə daimi əlaqə saxladığını vurğulayıb.

Müdafiə naziri Jonson isə Rusiyanın Polşa hava sahəsini pozmasından sonra Avropanın şərq cinahında müdafiəni gücləndirməyi hədəfləyən “Eastern Sentry” adlı yeni hərbi əməliyyata dəstək verəcəklərini açıqlayıb.

Polşa 9 sentyabrda Rusiyaya məxsus PUA-ların hava sahəsini pozduğunu bildirib, NATO isə birgə cavab verildiyini açıqlayıb. Ardınca Rumıniyanın hava sahəsində də Rusiya PUA-sı aşkarlanıb.

Estoniyanın hava sahəsinin isə 19 sentyabrda Rusiya qırıcıları tərəfindən pozulduğu, NATO-nun müdaxiləsi nəticəsində təyyarələrin dayandırıldığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri