İsveç sənayesi yeni nüvə reaktorlarının inşasına maraq göstərir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Stokholm, 11 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç sənaye sektoru yeni nüvə energetikasının inkişafı naminə “Vattenfall” dövlət enerji şirkəti ilə birləşir.
AZƏRTAC xəbər verir ki, böyük şirkətlərin daxil olduğu “Industrikraft” konsorsiumu “Rinqqals” (Ringhals) Atom Elektrik Stansiyasında əlavə reaktorların tikintisi məqsədilə yaradılmış “Videberg Kraft” layihə şirkətinin həmtəsisçisi olacaq.
“Vattenfall” şirkətinin baş direktoru Anna Borqun sözlərinə görə, bu, irəliyə doğru nəhəng addımdır və sənayenin layihəni dəstəkləməyə hazır olduğuna dair mühüm siqnaldır. Layihənin ilkin mərhələsində “Industrikraft” 400 milyon kron (təxminən 37 milyon ABŞ dolları) sərmayə yatıracaq və şirkətdə təqribən 20 faiz pay əldə etməyi planlaşdırır.
“Industrikraft”ın rəhbəri Tom Erikson vurğulayıb ki, sənayenin cəlb edilməsi İsveç iqtisadiyyatı üçün etibarlı, karbonsuz enerji mənbələrinə olan uzunmüddətli ehtiyacdan irəli gəlir. Bu, təkcə enerji deyil, həm də böyük sənaye layihəsidir, yeni iş yerləri yaradır və Avropada modul tipli reaktorların inkişafına yol açır.
Layihənin reallaşması parlamentin qəbul etdiyi yeni qərarlar sayəsində mümkün olub. Bu qərarlar dövlət zəmanətləri, güzəştli kreditlər və investorlar üçün elektrik enerjisinə minimal qiymət təmin edir. Bununla belə, müəyyən siyasi risklər qalır, çünki yeni nüvə siyasətinə dəstək əsasən hökumətyönümlü partiyalarından gəlir.
Vattenfall həmçinin külək energetikasının inkişafını davam etdirir və vurğulayır ki, dayanıqlı enerji təchizatı müxtəlif texnologiyaların balanslı istifadəsini tələb edir.
Şirkətin planlarına əsasən, yeni reaktorlar 2030-cu illərin ortalarında fəaliyyətə başlaya bilər.
Baxış sayı:99
Bu xəbər 11 Noyabr 2025 03:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















