İsveç sığınacaq və əmək miqrasiyası haqqında qanunları sərtləşdirir AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Stokholm, 19 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti və “İsveç Demokratları” partiyası sığınacaq müraciətləri və iş icazələri ilə bağlı qanunlara dəyişiklik edilməsini təklif ediblər.
AZƏRTAC xəbər verir ki, sığınacaq almaqdan imtina alanlar indi yalnız beş ildən sonra və İsveçi tərk etdikdən sonra yeni ərizə verə biləcəklər. Miqrasiya naziri Yohan Forsselin sözlərinə görə, islahatın məqsədi qanunda insanların qaçıb gizlənib qısa müddətdən sonra yenidən müraciət etməsinə imkan verən boşluqları aradan qaldırmaqdır.
Həmçinin, ölkəni tərk etmək göstərişinə əməl etməyənlər üçün Şengen zonasına qayıtma qadağasının müddətinin bir ildən 5 ilədək artırılması təklif edilir. Bundan əlavə, sığınacaqdan imtina edənlərin İsveçi tərk etmədən iş icazəsi ala biləcəyi statusunun dəyişdirilməsi imkanı ləğv ediləcək. Hökumət hesab edir ki, bu tədbir xüsusilə aşağı ixtisaslı işlərə iddia edən insanlar arasında sistemdən sui-istifadənin qarşısını alacaq.
Forssel vurğulayıb ki, İsveçin yüksək ixtisaslı peşələr üçün mütəxəssislərə ehtiyacı var və əmək miqrasiyası müəyyən edilmiş qaydalara uyğun aparılmalıdır. Hökumət artıq iş icazəsi almaq üçün maaş tələblərini ayda 28 min krona qədər artırıb.
Bütün dəyişikliklərin 2025-ci ilin aprelində tətbiq edilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Dekabr 2024 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















