İsveç və Norveç Fransanın nüvə çəkindirmə təklifinə açıqdır
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
İsveç və Norveç nüvə silahları məsələsi üzrə öz mövqelərinə yenidən baxmaq fikrində deyillər, lakin Avropa qitəsində nüvə çəkindirməsi sahəsində Fransa ilə qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildirirlər.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə iki ölkənin hökumət başçıları bazar günü Norveçin paytaxtı Osloda keçirilən birgə mətbuat konfransı zamanı bildiriblər.
"İsveçin siyasətinə uyğun şəkildə sülh dövründə onun ərazisində nüvə silahının yerləşdirilməsi istisna olunur. İsveç bu mövqeyə yenidən baxmaq niyyətində deyil, çünki ölkə Şimali Atlantika Alyansının birgə nüvə çəkindirməsi tərəfindən etibarlı şəkildə qorunur", - İsveçin Baş naziri Ulf Kristersson vurğulayıb.
Norveç hökumətinin başçısı Yonas Qar Störe isə, öz növbəsində, qeyd edib ki, Oslo da Fransa ilə mümkün strateji qarşılıqlı fəaliyyəti müzakirə etməyə açıqdır.
"Lakin Norveç nüvə sahəsində öz siyasətinə düzəliş etməyəcək: nüvə silahları Norveç ərazisində yerləşdirilməyəcək. NATO-nun kollektiv nüvə çəkindirməsinin zəifləməsinə yol verilməməsi əsas məsələ olaraq qalır", - deyə Stör bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Mart 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















