İsveçdə antibiotiklərin istehsalı müəssisəsi fəaliyyət göstərəcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Stokholm, 6 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç xüsusilə böhran və fövqəladə vəziyyətlərdə zəruri dərmanlara etibarlı çıxışı təmin etmək üçün antibiotik istehsalı zavodu əldə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə sosial məsələlər naziri Yakob Forssmed mətbuat konfransında məlumat verib.
O qeyd edib: “Zavodun alınması o deməkdir ki, biz İsveçin antibiotiklərə olan bütün tələbatını ödəyə biləcək yerli istehsal gücünü təmin edəcəyik, həm də təkcə sülh dövründə deyil, yüksək hazırlıq şəraitində və müharibə zamanı”.
Nazir, həmçinin vurğulayıb ki, hazırda antibiotik çatışmazlığı olduqca yayğındır, bu sərmayə İsveç səhiyyə sisteminin davamlılığı və milli hazırlıq səviyyəsinin artırılması üçün açardır.
Dövlətə məxsus “Apotek Produktion & Laboratorier” (APL) İsveçin Strenqnes şəhərində yerləşən zavodun “Meribel Pharma Solutions” şirkətindən alınmasına dair müqavilə imzalayıb. Cümə axşamı İsveç hökuməti büdcə dəyişikliklərini təsdiqləyib və ona əsasən, APL müəssisənin alınması üçün 700 milyon kron (təxminən 70 milyon dollar) kapital qoyuluşu alacaq. Məsələ ilə bağlı yekun qərarın iyunun 17-də Riksdaqda veriləcəyi gözlənilir.
Zavodun APL-ə verilməsi bu ilin üçüncü rübündə planlaşdırılır.
Baxış sayı:71
Bu xəbər 06 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















