Icma.az
close
up
RU
İsveçdə demoqrafik böhran: Ölkə yüzlərlə bağçanı bağlamağa hazırlaşır

İsveçdə demoqrafik böhran: Ölkə yüzlərlə bağçanı bağlamağa hazırlaşır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsveçdə doğum səviyyəsinin kəskin azalması ölkəni ciddi demoqrafik böhranla üz-üzə qoyub. Əgər mövcud mənfi tendensiya davam edərsə, növbəti 10 ildə ölkədə hər 10 uşaq bağçasından biri fəaliyyətini dayandıracaq.

Oxu.Az-ın "Dagens Nyheter" qəzetinə istinadən verdiyi məlumata görə, iki il əvvəl məktəbəqədər yaş qruplarında ilk azalma qeydə alınıb.

Sundsvall bələdiyyəsinin məktəbəqədər təhsil müəssisələri şöbəsinin müdiri Mikael Nilsson Ritlinger bildirib ki, proses artıq üçüncü ildir davam edir:

"Bələdiyyələr çətin qərarlar qəbul etmək məcburiyyətində qalır. Biz valideynlər üçün narahatlığı minimuma endirmək üçün bağçaları yalnız digər məktəbəqədər müəssisələrin olduğu ərazilərdə bağlamağa çalışırıq."

Demoqrafların proqnozlarına görə, 2024-2034-cü illər ərzində İsveçdə məktəbəqədər yaşlı uşaqların sayı 43 min nəfər azalacaq. Bu, təxminən 800 uşaq bağçasının bağlanması və yüzlərlə əməkdaşın işsiz qalması deməkdir. Təhsil sistemi də zərbə alacaq - 2032-ci ilə qədər 6-15 yaş arası şagirdlərin sayının da kəskin azalacağı gözlənilir.

2024-cü ildə İsveçdə doğum göstəricisi hər qadına 1.43 uşaq səviyyəsinə enib - bu, müşahidələr tarixində ən aşağı göstəricidir. Müqayisə üçün, on il əvvəl bu rəqəm 1.88 idi.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər tendensiya dəyişməsə, isveçlilərin hər yeni nəsli əvvəlkindən 30% az olacaq. Bu isə əmək qabiliyyətli əhalinin azalması, sosial xərclərin artması və vergi daxilolmalarının zəifləməsi kimi ciddi sosial-iqtisadi nəticələr doğuracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri