Icma.az
close
up
RU
İsveçdə Epşteyn işi üzrə araşdırmanın aparılmasından imtina edilib

İsveçdə Epşteyn işi üzrə araşdırmanın aparılmasından imtina edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Stokholm, 5 aprel, AZƏRTAC

İsveçin hakim partiyaları Ceffri Epşteynin ölkə ilə əlaqələrinin müstəqil şəkildə araşdırılması barədə təklifi rədd ediblər.

AZƏRTAC xəbər verir ki, fevral ayında Norveç parlamenti cinsi istismar cinayətlərinə görə məhkum olunmuş Ceffri Epşteynin fəaliyyəti ilə bağlı araşdırma aparmaq üçün komissiya yaradıb. Bundan sonra Mərkəz Partiyası İsveçdə də analoji araşdırmanın keçirilməsi barədə ədliyyə məsələləri üzrə komitəyə təklif təqdim edib.

“Epşteyn faylları” adlandırılan materiallarda İsveçlə bağlı bir sıra əlaqələr qeyd olunur. Belə ki, İsveçin yüksək vəzifəli diplomatı Liza Svenssonun Epşteyndən bağlamalar aldığı və onun mənzilində yaşadığı bildirilir.

Bundan başqa, sahibkar qadın Barbru Ehnbom vasitəsilə ianələr qəbul edən Stokholm İqtisadiyyat Məktəbi ilə əlaqələrin olduğu vurğulanır, eləcə də Epşteynin keçmiş isveçli rəfiqəsinin ABŞ məhkəməsində onun məhkum olunmuş şəriki Gisleyn Maksvellin xeyrinə ifadə verdiyi qeyd edilir.

Bununla belə, parlament komitəsində çoxluq araşdırmanın aparılmasının əleyhinə səs verib və bunu digər cinayət işlərinə maneə yarada biləcəyi ilə izah edilib. Eyni zamanda, hökumət yeni məlumatlar ortaya çıxacağı təqdirdə gələcəkdə məsələyə qayıtmaq imkanını istisna etmir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Aprel 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri