Icma.az
close
up
RU
İsveçdə mədəniyyət qanunu layihəsi ilə bağlı qalmaqal baş verib

İsveçdə mədəniyyət qanunu layihəsi ilə bağlı qalmaqal baş verib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Stokholm, 3 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökumətinin tapşırığı ilə tarixçi və yazıçı Lars Treqord yeni mədəniyyət qanununun layihəsini - ədəbiyyat, teatr, kino, musiqi, din, iqtisadiyyat və ixtiralarda 100 mühüm nailiyyətin siyahısını təqdim edib.

AZƏRTAC xəbər verir ki, siyahıya müasir İsveçin həm klassik əsərləri, həm də simvolları daxil olub: “Uzuncorab Peppi”, Stokholm meriyası, 1766-cı il mətbuat azadlığı haqqında Fərman, Qustav Vasa İncili, IKEA, Nobel mükafatı və atalıq məzuniyyəti.

Qanun üzərində iş 2023-cü ildə başlayıb. Hökumətin planına görə, sənəd İsveç mədəniyyətini daha əlçatan etməli və cəmiyyətdə ümumi istiqamətləri gücləndirməlidir. Seçim meyarlarından biri əsərlərin azı 50 il əvvəl yaradılması şərti idi. Hesabatda qanunun məktəb proqramlarında, tədris materiallarında və yeni gələnlər üçün kurslarda istifadəsi təklif edilir.

Layihə qızğın müzakirələrə səbəb olub. Sosial-demokratlar, mərkəzçilər və “yaşıllar” hesab edirlər ki, hökumət öz gücünü əslində vacib olmayan işlərə sərf edir. Onların fikrincə, siyahılar tərtib etmək əvəzinə muzeylərə, teatrlara, tələbə birliklərinə, maarif sisteminə dəstək verilməlidir.

“Mədəniyyət qanunu dövlət tərəfindən deyil, hər gün insanlar tərəfindən yaradılır. Bu, siyasi snobizmin bariz nümunəsidir”, - deyə “Yaşıllar”ın nümayəndələri bildirib.

Əlavə gərginlik sosial-demokratların mədəniyyət siyasəti üzrə nümayəndəsi, kürd əsilli Laven Redar və uşaq ikən İrandan gələn mədəniyyət naziri Parisa Lilyestrandın iştirak etdiyi “Aktuellt” proqramındakı teledebatlardan sonra yaranıb.

“İsveç demokratları”ndan deputat Cessika Stegrud X-də yazıb ki, məhz İsveç kürdü və farsın İsveç mədəniyyət qanunu haqqında mübahisə etməsi xarakterikdir.

Bu ifadə geniş rezonansa səbəb olub. P.Lilyestrand cavab verib ki, İsveç onun yeganə evidir və mədəniyyət naziri olmaq onun üçün böyük şərəfdir. Baş nazir Ulf Kristersson C.Steqruddan izahat tələb edib: “O, hesab edir ki, Parisa mənşəyinə görə debatda iştirak etməməlidir? Qoy açıq desin”.

Sosial Demokratların lideri Maqdalena Andersson yumşaq mövqeyinə görə Baş naziri tənqid edərək qeyd edib ki, “İsveç demokratları” əslində əcnəbi əsilli siyasətçiləri isveçli kimi tanımır.

Steqrud daha sonra bildirib ki, onun sözləri düzgün izah edilməyib və növbəti tənqidlərə cavab verməkdən imtina edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri