İsveçdə NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 27 aprel, AZƏRTAC
İsveç Silahlı Qüvvələri NATO ölkələrinin, eləcə də Ukrayna hərbi qulluqçuların iştirak etdiyi ən böyük milli təlimə (“Avrora-26”) başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təlimlərdə 16 mindən çox İsveç hərbi qulluqçusu, dənizçisi və zabiti, həmçinin 1500-ə yaxın xarici hərbçi iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Niderland, Almaniya, Danimarka, Norveç, Finlandiya, Estoniya və Latviyadan olan hərbçilər var. Mayın 13-dək davam edəcək təlimlərdə diqqət həm İsveç, həm də NATO ölkələrinə aid ərazilərin müdafiəsinə, eləcə də strateji əhəmiyyətli rayonların müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.
Manevrlər əsasən İsveçin cənub və mərkəzi hissəsində, Qotland adasında və Baltik dənizi bölgəsində keçiriləcək.
Baxış sayı:98
Bu xəbər 27 Aprel 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















