Icma.az
close
up
RU
İsveçdə nüvə hazırlığı məsələsinin müzakirəsi normaldır Polkovnik

İsveçdə nüvə hazırlığı məsələsinin müzakirəsi normaldır Polkovnik

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveçdə nüvə silahı yaratmaq məsələsi yenidən gündəmə gəlib.

Təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropada böyük narahatçılıq var.

"Artıq ayrı-ayrı dövlətlər özlərini müdafiə etmək barədə fikirləşirlər. Bir vaxtlar daha çox iqtisadiyyata önəm verirdilərsə, indi dövlətlər ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə çalışırlar. Çünki Rusiya-Ukrayna müharibəsi göstərdi ki, dövlətlər özlərini özü müdafiə etməlidir - kiminsə gəlib onları müdafiə etməsi sual altındadır".

Polkovnikin fikrincə, İsveçdə nüvə hazırlığı məsələsinin müzakirəsi normaldır:

"Mən güman etmirəm ki, bu, hələ işçi vəziyyətdədir. İsveçdə siyasi dairələrdə bu barədə müzakirələr gedir, çünki bunun üçün çox böyük resurslar, materiallar və ixtisaslı alimlər, mühəndislər lazımdır. Nüvə silahının hazırlanması asan məsələ deyil, ölkələr bu silah üzərində on illərlə çalışırlar. Hazırda mətbuatda bu barədə yazılırsa və yuxarı dairələrdə müzakirələr gedirsə, mənə elə gəlir ki, bu, sadəcə söz-söhbətdir, çünki bu məsələ uzun proses tələb edir. Güman etmirəm ki, İsveç yaxın vaxtlarda nüvə silahı əldə edə bilsin".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri