Icma.az
close
up
RU
İsveçdə öz nüvə silahını yaratmaq barədə danışılır “The Times”

İsveçdə öz nüvə silahını yaratmaq barədə danışılır “The Times”

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropaya müharibə və geosiyasi sabitsizliyin geri dönməsi fonunda İsveçdə ölkənin öz nüvə silahını yaratmağa cəhd edib-etməməsi — təkbaşına və ya NATO-dakı yeni avropalı müttəfiqlərlə birgə — barədə müzakirələr alovlanır.

Bizimyol.info xəbər verir ki, “The Times” bu barədə verdiyi məlumata görə, 1956 və 1957-ci illərdə İsveç hakimiyyəti Milli nüvə proqramına hazırlıq çərçivəsində Laplandiyadakı hərbi sınaq poliqonunda gizli şəkildə güclü bombalar partlatmışdı.

Nəşr qeyd edir ki, hələlik müzakirələr ehtimala əsaslanır və hökumətin nüvə başlıqlarının hazırlanmasına ciddi yanaşdığına dair sübut yoxdur, lakin debatlar artıq siyasi sahəni əhatə edib.

“İsveç uzun illərdir nüvə texnologiyaları sahəsində geniş təcrübəyə malik olub. Amma siyasi iradə başqa şey tələb edirdi. Məncə, bu situasiyada hər şey şəffaf olmalıdır,” — deyə hökumət koalisiyasının dəstəyindən asılı olan sağçı “İsveç Demokratları” partiyasının lideri Jimmie Åkesson bildirib.

Bir neçə həftə sonra İsveç Müdafiə Araşdırmaları İnstitutunun tədqiqatçısı Robert Dalsjö seminarda belə deyib: “İndi biz İsveç komponenti olan müstəqil nüvə silahı barədə müzakirə aparmalıyıq.”

Eyni fikir Avropa Parlamentinin deputatı Alisa Teodorescu Mave tərəfindən də ifadə olunub — o hesab edir ki, İsveç Avropanın ümumi nüvə strategiyasında öz rolunu oynamalıdır.

Nəşr yazır ki, İsveçin mövcud nüvə dövlətinin əhəmiyyətli yardımı olmadan nüvə silahı yaratmaq üçün texnoloji və sənaye potensialına malik olub-olmadığı aydın deyil. Ölkədə elektrik enerjisinin təxminən üçdə birini təmin edən altı atom elektrik stansiyası olsa da, sonuncusu 40 il əvvəl tikilib.

“Bu çox böyük sənaye layihəsi olardı. Çox şeyin inkişaf etdirilməsi lazımdır, o cümlədən nüvə silahı üçün lazım olan materialların istehsalı infrastrukturu, və bu da əhəmiyyətli investisiyalar tələb edəcək. Düşünürəm ki, lazım olan resursları tapmaq demək olar ki, mümkün olmayacaq”, — deyə İsveç Müdafiə Araşdırmaları İnstitutunun nüvə silahları üzrə eksperti Martin Goliath bildirib.

İsveç bu məsələləri müzakirə edən yeganə Avropa dövləti deyil.

Daha əvvəl Polşa prezidenti Karol Navrotski ölkəsində nüvə silahlarının yerləşdirilməsini istədiyini bildirmiş, bu məsələdə o, Fransanın dəstəyinə ümid etdiyini demişdi.

Polşa baş naziri Donald Tusk isə işarə edib ki, ölkə öz nüvə silahını yaratma imkanını gözdən keçirə bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Sentyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri