İsveçdə silahla bağlı qanunlar sərtləşdiriləcək
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Örebrodakı dəhşətli zorakılıq aktı silah qanunvericiliyi ilə bağlı bir sıra vacib sualları gündəmə gətirir"
İsveç hökuməti ölkədəki ən ölümcül kütləvi atışmadan sonra silahlara girişi məhdudlaşdırmaq da daxil olmaqla, silahla bağlı qanunlarına dəyişiklik etmək planlarını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
"Örebrodakı dəhşətli zorakılıq aktı silah qanunvericiliyi ilə bağlı bir sıra vacib sualları gündəmə gətirir", deyə mərkəz sağ koalisiya hökuməti bildirib.
Hakimiyyət həmçinin tibbi səbəblərə görə silah sahibi ola bilməyən şəxslər haqqında məlumatlandırma mexanizmini təkmilləşdirməyi planlaşdırır.
İsveçin Baş naziri Ulf Kristersson Latviyaya səfəri zamanı deyib: “Biz əmin olmalıyıq ki, İsveçdə silahlar yalnız onlara həqiqətən ehtiyacı olanlar üçün əlçatan olacaq”.
Qeyd edək ki, fevralın 4-də Stokholmun qərbində, Örebroda təhsil mərkəzində silahlı şəxs intihar etməzdən əvvəl 11 nəfəri öldürüb. Polis onun istifadə etdiyi silahın təfərrüatlarını açıqlamayıb, lakin onun dörd silaha sahib olmaq üçün lisenziyasının olduğunu təsdiqləyib.
Baxış sayı:113
Bu xəbər 08 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















