İsveçdə silahlı insident nəticəsində 3 nəfər güllələnib
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsveçin paytaxtı Stokholmdan 70 km aralıda yerləşən Uppsala şəhərində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 3 nəfər həlak olub.
Trend xəbər verir ki, İsveç polisinin verdiyi məlumata görə, hadisə qətl kimi araşdırılır.
“Atışma nəticəsində üç nəfərin öldüyü təsdiqlənib”, – deyə polis rəsmiləri bildiriblər.
Cinayəti törədən şəxs hadisə yerindən elektrik skuteri ilə qaçıb. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır, həlak olan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
Bu insident İsveçdə son dövrlərdə artan silahlı zorakılıq hallarının davamı kimi qiymətləndirilir.

İsveçdə silahlı hücum: 3 ölü
29 Aprel 2025 22:03
Türkiyədə silahlı insident: 3 polis güllələnib (FOTO)
21 Noyabr 2024 00:03
Şəhərdə silahlı insident; 3 nəfər ölüb
03 Dekabr 2024 23:37
İsveçdə məktəb yaxınlığında silahlı hücum: 5 nəfər güllələndi
04 Fevral 2025 17:21
İsveçdə Quranı yandırmaq təxribatları ilə tanınan Momika güllələnib
30 Yanvar 2025 13:23

