İsveçdə vətəndaşlara müharibə vəziyyətində evdə nağd pul saxlamaq tövsiyə edildi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsveçin Mərkəzi Bankı - "Riksbank" müharibə və digər böhran halları üçün vətəndaşlara tövsiyələr verib.
Oxu.Az bankın saytına istinadən xəbər verir ki, xüsusilə, hər bir yetkin şəxs üçün evdə 1 000 İsveç kronu (təxminən 110 ABŞ dolları) saxlanılması tövsiyə olunub.
Bankın bəyanatında bildirilir ki, bu məbləğ təxmini hesablanıb və bir həftəlik həyati vacib alışlar üçün nəzərdə tutulub.
Digər tövsiyələr arasında müxtəlif banklara və ödəniş sistemlərinə aid kartlara sahib olmaq, kartlar işləmədiyi halda istifadə üçün mobil ödəniş xidmətlərini aktivləşdirmək, yalnız smartfonla deyil, fiziki kart və PIN-kod vasitəsilə də ödəniş edə bilmək üçün kartları və PIN-kodları əl altında saxlamaq da yer alıb.
Baxış sayı:189
Bu xəbər 05 Mart 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















