Icma.az
close
up
RU
İsveçdə vətəndaşlıq almaq üçün imtahan keçirilməsi mübahisə doğurub

İsveçdə vətəndaşlıq almaq üçün imtahan keçirilməsi mübahisə doğurub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 21 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti Stokholm və Höteborq universitetlərinə vətəndaşlıq almaq üçün imtahan hazırlamağı tapşırıb. Bu, İsveç pasportu əldə etmək üçün məcburi şərt olacaq. İmtahanda təkcə dili bilmək deyil, həm də cəmiyyət və ölkənin mədəniyyəti ilə bağlı biliklər yoxlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüs akademik ictimaiyyətin kəskin tənqidinə səbəb olub. Stokholm Universitetinin rektoru Hans Adolfsson deyib ki, universitetlər elm və təhsillə məşğul olmalı, siyasi sifarişləri yerinə yetirməməlidir.

O, həmçinin vurğulayıb ki, yüksəkkeyfiyyətli imtahan hazırlamaq üçün bir neçə il lazımdır, hökumət isə ilk hissələrin 2026-cı ilin avqust ayına qədər təqdim olunmasını tələb edir.

H.Adolfsson deyib: “Yüksək keyfiyyəti təmin etmək üçün sualları müxtəlif qrup insanlar üzərində yoxlamaq lazımdır ki, onların (sualların - red.) düzgünlüyünə əmin olsunlar. Bu, insanın bütün gələcək həyatını müəyyən edə bilər”.

Miqrasiya məsələləri üzrə nazir Yohan Forssel isə əksinə, dövlət qurumları olan universitetlərin Nazirlər Kabinetinin göstərişlərini yerinə yetirməyə borclu olduğunu müdafiə edir. Onun sözlərinə görə, oxşar imtahanlar artıq çoxdandır ki, digər Avropa ölkələrində də mövcuddur və onlar inteqrasiya və demokratiyanın möhkəmlənməsinə kömək edəcək.

Əvvəllər oxşar təklifə 2021-ci ildə baxılmışdı, lakin o vaxt hakimiyyətdə olan Sosial Demokrat hökuməti universitetlərin tənqidindən sonra bu ideyadan imtina etdi.

İmtahan ətrafında mübahisə İsveç universitetlərinin müstəqilliyi ilə bağlı suallar da yaradıb. Bu gün ölkədəki universitetlərin 31-i dövlətə məxsusdur ki, bu da beynəlxalq nöqteyi-nəzərdən qeyri-adi haldır.

H.Adolfsson qeyd edib: “Başqa ölkələrdə universitetlər dövlətdən daha çox ayrılıb. Əgər onlar dövlət qurumları olmasaydı, bu, universitetlər üçün faydalı olardı. Onların dövlət qurumu statusu akademik azadlığı məhdudlaşdırır. Onlar akademik azadlığı qorumaq istədiklərini deyirlər. Amma bizə siyasi tapşırıqlar verirlər, əsas missiyamızı nəzərə almadan hakimiyyətdən istifadə yolu ilə bizə nəzarət edirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri