Icma.az
close
up
RU
İsveçin Baş nazirinin mühafizəçiləri fitnes tətbiqi vasitəsilə onun yerini aşkarlayıblar

İsveçin Baş nazirinin mühafizəçiləri fitnes tətbiqi vasitəsilə onun yerini aşkarlayıblar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Stokholm, 9 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç Təhlükəsizlik Xidmətinin (Säpo) mühafizə xidmətinin əməkdaşları “Strava” adlı fitnes tətbiqi vasitəsilə konfidensial məlumatların sızmasına yol veriblər.

AZƏRTAC xəbər verir ki, “Dagens Nyheter” qəzetinin məlumatına görə, azı 35 halda İsveçin Baş naziri Ulf Kristerssonun hərəkət marşrutları barədə məlumatlar ictimaiyyətləşdirilib.

Qəzet mühafizəçilərdən yeddi nəfərin Strava tətbiqində yerləşdirdiyi 1400-dən çox qeydi təhlil edib. Bu qeydlər vasitəsilə İsveçin yüksək vəzifəli şəxslərinin şəxsi vaxtlarında getdikləri yerləri, yaşadıqları ünvanları və hərəkət marşrutlarını müəyyən etmək mümkün olub.

Məlumat sızmaları bir neçə il ərzində davam edib. Bu məlumatlar yalnız Baş nazir U.Kristerssona deyil, kral ailəsinin üzvlərinə, “İsveç Demokratları” partiyasının lideri Yimmi Okessona, eləcə də keçmiş baş nazirlərə də aid olub.

Məlum olub ki, mühafizəçilərin Strava profilləri açıq olub və onların hərəkətləri istənilən istifadəçi tərəfindən asanlıqla izlənə bilib.

“Bu, ciddi pozuntudur. Belə məlumatların ictimaiyyətə açıq olması yolverilməzdir”, – deyə təhlükəsizlik üzrə ekspertlər hadisəni şərh ediblər.

Säpo artıq həmin hesabları bağlayıb və əlavə tədbirlər görəcəyini bildirib. Xidmətin təhlükəsizlik şöbəsinin rəhbəri Karolina Byornsdotter Paasikivi etiraf edib ki, qurum rəqəmsal məlumatların qorunması ilə bağlı öz qaydalarına əməl etməli idi, lakin bu dəfə buna riayət olunmayıb.

Qeyd edək ki, oxşar qalmaqal daha əvvəl Fransada da baş vermişdi. Belə ki, prezident Emmanuel Makronun mühafizəçiləri də Strava tətbiqində marşrutları aşkar etmişdilər. Həmin vaxt Säpo bu cür tətbiqlərdən istifadə ilə bağlı şərh verməkdən imtina etmiş və metodlarının məxfi olduğunu bildirmişdi.

Baş nazir U.Kristersson isə insidentə münasibət bildirməyib və məsələ ilə bağlı Hökumət Dəftərxanasına müraciət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 04:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri