Icma.az
close
up
RU
İsveçin Göteborq şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

İsveçin Göteborq şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Stokholm, 1 iyun, Nərgiz Cəfərli, АZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İsveçin Göteborq şəhərində bayram şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçin müxtəlif şəhərlərindən 60-a yaxın diaspora nümayəndəsinin iştirak etdiyi tədbir Göteborqda fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca söz Azərbaycan Qarabağ Mərkəzinin və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbərinə verilib. O, çıxışında Beynəlxalq Uşaqlar Gününün tarixi və əhəmiyyətindən bəhs edib.

Şənlik İsveçdə yaşayan azərbaycanlı uşaqların çıxışları ilə davam edib. Tədbirdə uşaqlar şeir söyləyib, mahnılar ifa edib, pianoda milli musiqilər səsləndirib, futbol bacarıqlarını nümayiş etdirib və rəqs nümunələri ilə çıxış ediblər.

Tədbirə Lund şəhərindən qonaq gələn, İsveçin ən gənc yazıçılarından biri olan 13 yaşlı Zəhra Şükürova da qatılıb. O, isveç dilində yazdığı “Sülhün yoldaşı” adlı kitabını təqdim edib və iştirakçılara əsər haqqında məlumat verib.

Sonda çıxış edən bütün uşaqlara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim olunub. Balacaların üzləri rəngli boyalarla bəzədilib, onlar üçün əyləncəli oyunlar təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri