Icma.az
close
up
RU
İsveçli nazirin yaxın qohumu ifrat sağçı və nasist dairələrində görünüb

İsveçli nazirin yaxın qohumu ifrat sağçı və nasist dairələrində görünüb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stokholm, 4 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Ulf Kristersson hökumətinin nazirlərindən birinin yaxın qohumu ifrat sağçı və nasist təşkilatlarının fəaliyyətində fəal iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin “Expo” nəşri araşdırma aparıb. Söhbət onun Aktivklubb Sverige (Aktiv İsveç klubu) və Det fria Sverige (Azad İsveç) təşkilatları ilə əlaqələrindən, həmçinin sosial şəbəkələrdəki anonim hesablar vasitəsilə yeni üzvləri cəlb etmək cəhdlərindən gedir.

Həmin şəxs neonasist “Nordiska motståndsrörelsen” (Şimal Müqavimət) hərəkatının fəalları ilə qarşılıqlı əlaqədə olub, yaşadığı ərazidə irqçi materiallar yerləşdirib və zorakılıq ideologiyaları ilə bağlı icmalarda fəallıq göstərib. Bildirilib ki, İsveç Təhlükəsizlik Xidmətinin (Säpo), istintaqın materialından əvvəl onun əlaqələri barədə məlumatı olmayıb. “Säpo” əməkdaşları qorunan şəxslərlə bağlı məxfiliyi əsas gətirərək təfərrüatlarla bağlı açıqlama verməkdən imtina ediblər.

“Expo” müvafiq nazirin qərargahına suallar göndərdikdən sonra qohumun hesabları silinib, məxfilik parametrləri isə dəyişdirilib. Bununla belə, araşdırma aparan jurnalist Erik Qlaad vurğulayır ki, əsas problem hələ də qalır - hökumətin milli təhlükəsizlik maraqları naminə necə hərəkət etməsi.

Ədliyyə naziri Gunnar Strömmer vəziyyətin təhlükəsizliyə təhdid olub-olmaması ilə bağlı şərh verməkdən imtina edib və hökumətin nə vaxt məlumatlandırıldığını dəqiqləşdirməyib. O, həmçinin nazirin hələ də vəzifəsində olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, hətta Aktivklubb Sverige kimi qeyri-rəsmi ifrat sağçı qruplar da zəif daxili nəzarət və ayrı-ayrı iştirakçıların yüksək dərəcədə radikallaşması səbəbindən təhlükəli ola bilər. Onların fikrincə, bu cür qruplar məqsədləri aydın olmayan, lakin ümumi ekstremist baxışları olan sosial şəbəkələr kimi fəaliyyət göstərirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri