Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsait istəyib.
İsveçrənin SRF ictimai yayım şirkətinin məlumatına görə, hökumət hava məkanına yönələn artan təhdidlər fonunda müdafiə imkanlarının genişləndirilməsini zəruri hesab edir.
Bildirilib ki, ayrılması nəzərdə tutulan vəsait silah sistemlərinin vaxtında tədarükünü təmin etmək məqsədilə istehsalçılara əvvəlcədən ödənişlərin həyata keçirilməsinə yönəldiləcək.
Məbləğin 250 milyon frankı qısa mənzilli yerüstü hava hücumundan müdafiə sistemlərinə, 650 milyon frankı isə orta mənzilli yerüstü hava hücumundan müdafiə sistemlərinə ayrılacaq.
Bundan əlavə, radar sistemləri və mini pilotsuz uçuş aparatlarına qarşı müdafiə imkanlarının gücləndirilməsi üçün 70 milyon frank investisiya nəzərdə tutulur.
İsveçrə hökuməti qeyd edib ki, müdafiə avadanlığı istehsalçıları getdikcə daha böyük həcmdə əvvəlcədən ödəniş tələb edirlər. Bu ödənişlərin həyata keçirilməməsi tədarüklərin bir neçə il gecikməsinə səbəb ola bilər.
Hökumətin məlumatına görə, 970 milyon franklıq əlavə kredit korporativ vergilərdən daxilolmaların artması və federal hökumətin gəlir proqnozlarının yaxşılaşması hesabına maliyyələşdirilə bilər.
Məsələ ilə bağlı yekun qərarı İsveçrə parlamenti verəcək.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 20 Avqust 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















