İsveçrə hökuməti sərt bitərəflikdən imtina etmək niyyətindədir
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsveçrə hökuməti ölkənin konstitusiyasında sərt bitərəfliyin qorunması, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş sanksiyalarda Bernin iştirakının qadağan edilməsi barədə müddəanın təsbit edilməsinə qarşı çıxıb.
“Report” xəbər verir ki, bu barədə hökumətin məlumatında deyilir.
Hökumət parlamentə 2025-ci ildə ümummilli referenduma çıxarılmalı olan bu təşəbbüsə mənfi münasibət bildirməyi tövsiyə edib.
“Federal Şura "İsveçrə bitərəfliyinin qorunması" federal xalq təşəbbüsü ilə bağlı müraciəti qəbul edib”, – məlumatda qeyd olunub. Hökumət Federal Məclisin palatalarina "bu təşəbbüsü rədd etməyi" tövsiyə edib, çünki onun fikrincə, "konstitusiyaya sərt bitərəflik tərifinin daxil edilməsi İsveçrənin maraqlarına cavab vermir və xarici siyasət məsələlərində onun manevr məkanını azaldacaq".
Bitərəflik məsələsinin ümumxalq səsverməsinə çıxarılması təşəbbüsü ilə əvvəllər ölkənin ən böyük siyasi qüvvəsi olan mühafizəkar İsveçrə Xalq Partiyasının (İXP) dəstəyinə arxalanan “Pro Suisse” ictimai təşkilatı çıxış edib. Bu ideyanın tərəfdarları konstitusiyada hərbi ittifaqlarda və BMT tərəfindən təsdiqlənməyən müharibə aparan dövlətlərə qarşı sanksiyalarda iştirakın qadağan edilməsini təklif edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 28 Noyabr 2024 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















